SOCAR: Qaz Emalı Zavodunun yenidən qurulması səmərəli deyil
SOCAR-ın Qaz Emalı Zavodunun modernizasiyası və yenidən qurulması iqtisadi cəhətdən səmərəli deyil. Bunu SOCAR-dakı etibarlı mənbə bildirib.
Mənbənin sözlərinə görə, zavodda mövcud olan texniki avadanlıqlar artıq köhnəlib və müəssisədə yenidənqurma işlərinin aparılması böyük sərmayələr tələb etdiyi üçün zavodun təkmilləşdirilməsi və yenudən qurulması səmərəli hesab edilmir. Bu səbədən yeni zavodun qurulması iqtisadi cəhətdən daha sərfəli və effektivdir.
"Bu il Qaz Emalı Zavodunda 3 mlrd. kubmetr həcmində qazın emal planlaşdırılır. Demək olar ki, bu, keçən ilin göstəricisinə bərabərdir”, - deyə mənbə qeyd edib.
Qeyd edək ki, Qaz Emalı Zavodu 1958-ci ildə keçmiş Sovet İttifaqının "QİPROAZNEFT" institutu tərəfindən layihələndirilib. Zavodun əsas məqsədi hasil olunan təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının emalını təşkil etməkdir.
Mənbənin sözlərinə görə, hazırda şirkət Qaradağ rayonu ərazisində inşası planlaşdırılan qaz emalı və polimer kompleksi (SOCAR-GPC) layihəsi üzərində fəal işlər aparır. Həmçinin, layihənin reallaşdırılması üçün maliyyə mənbələrinin cəlb edilməsi istiqamətində danışıqlar aparılır.
Bundan öncə “SOCAR Polymer”in maliyyə direktoru Rauf Quliyev bildirmişdi ki, SOCAR-GPC layihəsi üzrə son investisiya qərarı 2019-cu ilin dördüncü rübündə qəbul ediləcək. Layihə çərçivəsində tikinti işləri 2020-ci ilin birinci rübündə başlayacaq, 2023-cü ilin üçüncü rübündə isə kompleksin işə başlaması planlaşdırılıb.
SOCAR-GPC qaz emalı və polimer zavodlarından ibarət olacaq. Qaz emalı zavodunun illik gücü 10 mlrd. kubmetr həcmində (təmizlənmiş 9,1 mlrd. kubmetr) nəzərdə tutulub. Kompleksdə, həmçinin, ildə 600 min ton aşağı və yüksək sıxlıqlı polietilen, 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin istehsalı nəzərdə tutulur. Yeni müəssisədə "Technip", "Axens", "Sinopec Tech" və "Univation" şirkətlərinin texnologiyalarından istifadə ediləcək.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© ONA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?




















