“Sumqayıt Texnologiyalar Parkı”na yeni direktor təyin edildi
2009-cu il dekabr ayının 22-də istismara verilmiş, ən iri vergi ödəyicilərindən biri olan və ölkəmizin iqtisadiyyatının stabil inkişafına öz töhfəsini verən, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksi sayılan Sumqayıt Texnologiyalar Parkının rəhbərliyində dəyişiklik edilib.
“Sumqayıt Texnologiyalar Parkı” MMC-yə baş direktor vəzifəsinə Emin Yaşar oğlu Məmmədov təyin olunub.
Emin Məmmədov 6 oktyabr 1973-cü ildə anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Energetika” fakültəsini, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirib. Emin Məmmədov tanınmış beynəlxalq maliyyə təşkilatlarının əməkdaşı olaraq, istehsal layihələrinin maliyyələşdirilməsi sahəsində də böyük təcrübə toplamış, 1997-ci ildən bank sistemində çalışır. O, ExpressBank ASC-nin Müşahidə Şurasının sədridir və həmin vəzifəyə bu gün təyin edilib.
Bu təyinat TexnoParka yeniliklər gətirərək, idarəetmədə yenidənqurma işləri ilə yanaşı, struktur və kadr dəyişikliklərinə, onun daha sürətli inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək.
Regionda ən son texnoloji nailiyyətlərin innovativ həllərlə qovuşduğu və geniş təcrübə ilə dəstəklənən STP, Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadir olan istehsalat müəssisəsidir.
Ümumi 250 hektar sənaye tikililəri sahəsində yerləşən STP-nin bütün zavodları Avropada istehsal olunmuş ən yeni texnoloji avadanlıqla təchiz olunub. İstehsal prosesində istifadə olunan xammalları Avropanın qabaqcıl ölkələrindən idxal edir. İstehsal edilmiş mallar isə AZS ISO/IEC 17025-2009, eləcə də ISO 9001 və OHSAS 18001 beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılmışdır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















