Anti-sanitar şəraitdə pendir istehsalı aşkarlandı - FOTOLAR
Qida Təhlükəsizliyi Agentliyinə Masallı rayonu, Qəriblər kəndində anti-sanitar şəraitdə pendir istehsal edilməsi ilə bağlı şikayət daxil olub.
Daxil olan şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib.
Agentlikdən "Marja"ya daxil olmuş məlumata görə, monitorinq zamanı Masallı rayonu, Qəriblər kəndində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatının yaxınlığında qanunsuz pendir istehsalı ilə bağlı məlumatlar öz təsdiqini tapıb:
"Belə ki, ilkin baxış keçirilərkən qanunsuz fəaliyyət göstərən sexdə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. İstehsal sahəsində 500 kq pendir, yarımfabrikat məhsullar, həmçinin sexin anbarında pendirin yağlılığını süni şəkildə artırmaq məqsədi ilə istifadə edilən bitki yağları aşkar edilib.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Müəssisənin fəaliyyəti isə qanunvericiliyin tələblərinə uyğun olaraq müvəqqəti olaraq məhdudlaşdırılıb.
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görüləcək",- məlumatda deyilir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlardan xahiş edir ki, istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirlərində yaxından iştirak etsinlər.
Agentlik vətəndaşlardan qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli "Çağırı Mərkəzi”nə zəng edib məlumat verməyi xahiş edir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 14 d. əvvəl
-
- 29 d. əvvəl
- 33 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib






















