Beynəlxalq Bankın tərəfdaşlığı ilə “Fərqli fərdlər” Konqresi keçirilib
® Heydər Əliyev Mərkəzində “Fərqli fərdlər” adı altında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 1-ci Konqres keçirilib.
Konqres Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin dəstəyi, BP şirkəti və Azərbaycan Beynəlxalq Bankının baş tərəfdaşlığı ilə təşkil edilib.
Belə bir konqresin keçirilməsində məqsəd cəmiyyətin diqqətini fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların inkişafı və tərbiyəsinə cəlb etmək, valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaqdan ibarətdir.
Tədbir dörd panel üzrə keçirilib. Panellərdə autist spektrin pozulması, diqqət və hiperaktivlik çatışmazlığı sindromu, “Turetta” sindromu və Daun sindromu mövzuları müzakirə edilib.
Konqresdə tanınmış xarici və yerli mütəxəssislər, dövlət qurumlarının nümayəndələri, valideynlər çıxış edib. Fiziki məhdudiyyətlərinə rəğmən təhsil və iş həyatında müəyyən uğurlar qazanmış insanlar öz həyat hekayələrindən danışıblar.
Xüsusi inkişaf problemləri olan uşaqlar üçün öz “normotipik” həmyaşıdları ilə birlikdə təhsil almaq həyati əhəmiyyətə malikdir. Ölkəmizdə inklüziv təhsilin inkişafı üçün yeni imkanlar yaradılıb. “Fərqli fərdlər” Konqresi kimi tədbirlər isə xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinə diqqət, valideynlər və sahənin peşəkarları arasında təcrübə mübadiləsinin aparılması baxımından faydalıdır. Azərbaycan Beynəlxalq Bankı da daxil olmaqla bu cür tədbirləri dəstəkləyən xeyriyyə və kommersiya təşkilatlarının sayının ildən-ilə artması da belə təşəbbüslərə olan ictimai ehtiyacın, ən mühümü onların səmərəliliyinin göstəricisidir.
Bankın Marketinq departamentinin direktoru Nigar Tahirova deyib: “Müasir dövlət bankı olaraq Azərbaycan Beynəlxalq Bankı inklüziv cəmiyyətin inkişafına daim dəstək verir. İndiyə qədər bu istiqamətdə bir sıra maraqlı korporativ sosial məsuliyyət layihələrimiz olub. Belə layihələrimiz indi də davam edir. “Fərqli fərdlər” xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 1-ci Konqresdə iştirak da bu sosial missiyanın davamı oldu”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 saat sonra
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti























.jpg)

