İnşaat Kimyəviləri Zavodunun yeni məhsullarının təqdimatı keçirilib

Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan İnşaat Kimyəviləri Zavodunun yeni məhsullarının təqdimatı keçirilib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Tədbirdə İqtisadiyyat Nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov bildirilib ki, ümumi sahəsi 508 hektar olan Sumqayıt Kimya Sənaye Parkının hazırda 18 rezidenti qeydiyyata alınıb və bunlardanda 13-ü artıq istehsal fəaliyyətinə başlayıb. Daha 4 müəssisənin isə 2019-cu il ərzində istifadəyə verilməsi nəzərdə tutulub. Sumqayıt Kimya Sənaye Parkında SOCAR Polymer, Karbamid zavodu, STP, polad boru, vərəqə şüşə istehlası zavodları kimi ölkə miqyaslı iri layihələr icra edilir və hazırda sənaye parkında təqribən 6 min nəfər işlər təmin olunub.
İnşaat Kimyəviləri Zavodunun baş direktoru Adəm Yayla müəssisənin fəaliyyəti barədə məlumat verərək bildirib ki, zavodu 1910-cu ildə yaradılan və dünyanın 100-ə yaxın ölkəsində müəssisələri fəaliyyət göstərən İsveçrənin şirkətlər qrupuna daxildir. Son 18 ildə şirkətə dünya miqyasında beton konstruksiyalarının təmiri ilə bağlı 100-ə qədər layihənin icrası həvalə olunub. Şirkətin fəaliyyət istiqamətlərinə struktur birləşdirmə, birbaşa şüşələmə, akustik və gücləndirici sistemlər, avtomobillərə xidmət, o cümlədən avtomobil şüşələrinin əvəzlənməsi, avtomobil gövdəsinin təmiri, dəniz gəmiləri, sənaye laminasiyası, texnika, bərpa olunan enerji və fasad mühəndisliyi sahələri daxildir. Zavodun məhsullarının əsas tətbiq sahələri enerji və sənayenin bir çox sahələrini əhatə edir. Yerli xammaldan istifadə edilərək istehsal edilən məhsullar Rusiyaya, Qazaxıstana, Özbəkistana, Qırğızıstana və Gürcüstana ixrac edilir.
Sonra İnşaat Kimyəviləri Zavodunun istehsal etdiyi su izolyasiyası, dam örtükləri, yapışdırıcı və germetiklər və s. yeni məhsulların təqdimatı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
43 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 46 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 11 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 13 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
