PAŞA Bank “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” adına layiq görülüb
(®) Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank 2018-ci ilin yekunlarına görə yerli bazarda “Təmassız POS terminal infrastrukturu üzrə lider bank” adına layiq görülmüşdür. Eyni zamanda, Bank “POS terminallarda nağdsız ödənişlər” və “Təmassız ödəniş kartları” kateqoriyalar üzrə ilk 3 aparıcı maliyyə institutu arasında yer almışdır.
Mükafat Azərbaycan Respublikası Mərkəzi Bankı (ARMB) tərəfindən Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə tərəfdaşlıqda bank seqmentinin bütün iştirakçıları arasında illik əsasda keçirilən müsabiqə çərçivəsində verilmişdir. Keçirilən mükafatlandırma mərasimində e-bankçılığın və e-ticarətin gücləndirilməsi, innovativ ödəniş alətlərinin tətbiqi, nağdsız ödənişlərin inkişaf etdirilməsi sahəsində müxtəlif nominasiyalar üzrə nəticələr elan edilmişdir.
PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun qeyd etdiyi kimi, Bank Azərbaycanda dövlət tənzimləyici orqanları tərəfindən nağdsız ödənişlərin gücləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrdə aktiv iştirak edərək bu sahəyə öz töhfəsini verir.
“Ölkənin ən böyük özəl bankı qismində biz, PAŞA Bankın 2018-2020 illəri əhatə edən İnkişaf Strategiyasının həyata keçirilməsi çərçivəsində səylərimizi biznes fəaliyyətlərimizin transformasiyasına yönəltmişik və “Təmassız POS terminal infrastrukturu üzrə lider Bank” adına layiq görülməyimiz ölkədə nağdsız ödəniş dövriyyəsinin artması işinə töhfə verərək rəqəmsal platformaya keçid istiqamətində növbəti bir nailiyyətimizdir”, - deyə T. Kazımov öz fikrini yekunlaşdırdı.
Onu da qeyd edək ki, 2017-ci ilin yekunlarına görə PAŞA Bankın fəaliyyəti yerli bazarda yüksək qiymətləndirilib, Bankımız nağdsız ödənişlər üzrə lider bank adına layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 47 d. əvvəl
-
-
57 d. əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
12 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
13 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
17 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?



























