Azərbaycanda törəməsi olan bankdan 1 milyard 500 milyon manat mənfəət
Türkiyədə fəaliyyət göstərən “Yapı Kredi” 2018-ci ildə 4 milyard 668 milyon lirə (1 milyard 500 milyon manat) xalis mənfəət əldə etdiyini açıqlayıb. Bu, 2017-ci illə müqayisədə 29% çoxdur. Bank 2017-ci ili 3 milyard 614 milyon lirə xalis mənfəət ilə bağlamışdı.
"Marja" "Yapı Kredi"dən verilən məlumata istinadən xəbər verir ki, 2018-ci ildə Bankın müştərilərə verdiyi kreditlər 10 faiz artıraraq 220.5 milyon lirəyə çatıb. Ümumilikdə Bank, ölkə iqtisadiyyatına 306,3 milyard lirəlik vəsait təmin edib. Ötən il "Yapı Kredi"də əmanətlər 21% artım ilə 210,3 milyard lirəyə çatıb.
AKTİVLƏRİ 120 MİLYARD MANATDAN ÇOXDUR
2018-ci ildə "Yapı Kredi" daha da böyüyüb. Bankın aktivləri 18 faiz artım ilə 373,4 milyard lirəyə (təxminən 122 milyard manata) yüksəlib. Beləliklə, "Yapı Kredi" Türkiyənin ən böyük 3-cü özəl bankı mövqeyinə çatıb.
"Yapı Kredi"nin Baş Direktoru Gökhan Erün bildirib ki, bankın 75-ci ilinin qeyd ediləcəyi 2019-cu ilə güclü başlayıblar:
"2018-ci ildə əsas səhmdarlardan aldığımız dəstək və ölkəmizə olan sonsuz inamla sərmayə və balansımızı daha da möhkəmləndirmişik. Malik olduğumuz təcrübə və keyfiyyətli insan resursumuz ilə "Xidmətdə Sərhəd Yoxdur" anlayışı, insana və texnologiyaya sərmayə qoymaqla müştərilərimizə xidmət göstərməyə davam edirik".
AZƏRBAYCANDAKI TÖRƏMƏSİ DƏ MƏNFƏƏTLƏ İŞLƏYİR
Xəbər verdiyimiz kimi, “Yapı Kredi Bank Azərbaycan” QSC 2018-ci ili 5,3 milyon manat xalis mənfəətlə başa vurub.
“Yapı Kredi Bank Azərbaycan” QSC-nin 99,8% payla sahibi Türkiyədə fəaliyyət göstərən “Yapı ve Kredi Bankası A.Ş.”dir (Yapı Kredi). Bu bankın 81,9%-i “Koç Finansal Hizmetleri” adlı şirkətə məxsusdur, 18.1%-i isə İstanbul Birjasında ticarət olunur.“Koç Finansal Hizmetleri” şirkətinin isə 50%-i “Koç Grubu”na, 50%-i də İtaliyanın “UniCredit” qrupuna məxsusdur. Beləliklə, “Yapı Kredi Bank Azərbaycan”ın Avropanın 17 ölkəsində fəaliyyət göstərən nəhəng bankçılıq qrupunun (“UniCredit”) üzvüdür.
“Yapı Kredi” nin maliyyə göstəriciləri “Yapı Kredi Bank Azərbaycan”ın çox güclü səhmdarı olduğunu göstərir.
"Yapı Kredi", markasının dəyərinə görə, dünyanın ən böyük 500 bankından biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 d. əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 25 d. əvvəl
-
42 d. əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
55 d. əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 58 d. əvvəl
-
1 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
2 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
2 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






.jpg)
.jpg)









.jpg)








