“ƏDV maya dəyərini artırır, südü də alan yoxdur”
Südün satışındakı problemlər yeni layihələrin təxirə düşməsinə səbəb ola bilər
Xəbər verdiymiz kimi, Yanvarın 29-da Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfrans keçirilib.
“Marja” xəbər verir ki, “Günəşli Aqropark”ın direktoru Fərid Kərimli konfransda çıxış edərək təmsil etdiyi sahənin problemlərini qaldırıb və təkliflərini irəli sürüb.
“ƏDV İLƏ ALIB, ƏDV-SİZ SATIRIQ”
Fərid Kərimli Vergilər Nazirliyinə ünvanlandığı sualında bildirib ki, yem satışına əlavə dəyər vergisinin (ƏDV) tətbiq edilməsi, süd satışının isə ƏDV-dən azad olması süd istehsalçılarına çətinlik yaradır:
“Aqroparkımız iribuynuzlu heyvandarlıq sahəsindən ibarətdir.Bizim fəaliyyət istiqamətimiz südlükdür.Yyem satan şirkətlər ƏDV ödəyicisi olduqları üçün malların üzərinə ƏDV -ni əlavə edib yemi bizə satırlar. Süd satışı ƏDV dən azaddır. Biz südün üzərinə ƏDV əlavə edə bilmədiyimizdən əvəzləşdirmə apara bilmirik. Heyvandarlıq təsərrüfatlarında maya dəyərinin 60-65%-ni yem məsrəfi təşkil etdiyini nəzərə alsaq, ƏDV nəzərəçarpacaq dərəcədə böyük xərclərə gətirib çıxarır.Bu barədə hər hansı addımlar atılacaqmı?
Konfransda iştirak eedən Vergilər Nazirliyinin rəsmisi bildirib ki, bütün sahələrin vergidən azad olması dövlət büdcəsinə ziyan vura bilər.Lakin Hal hazirda quş yemi sahəsində vergidən azad olma barəsində işlər aparılır.
“XAM SÜDÜN SATIŞINDA PROBLEMLƏR YAŞANIR”
Konfransda Fərid Kərimli Kənd Təsərrüfatı Nazirliyinin diqqətinə çatdırıb ki,süd bazarında qiymətlər aşağıdır və bu vəziyyət investorların əlavə sərmayə yatırmağa marağını azaldır:
“Hal-hazırda xam südün satışında problemlər yaşanır, qiymətlər aşağıdır. Artıq ikinci ildir ki, bu tendensiya baş verir. Kənd təsərrüfatına dəstək olduğu uçun damazlıq heyvanların gətirilməsi prosesi sürətlə gedir. Ölkədə məhsuldar heyvanların sayının artması süd bolluğu yaradıb. Hal-hazırda bu bazarda təklif tələbdən yuxarıdır.
İlk növbədə Azərbaycan əhalisinin süd məhsullarından istifadə həcmi və istehsal dəqiq müəyyənləşdirilməlidir.
Bizim təsərrüfatımız 850 baş iri buynuzlu mal-qaradan ibarətdir, eyni zamanda hədəfimiz 3000 başa çatmaqdır. Lakin süd bazarında baş verən bu hadisələr təsərrüfatı böyütmək barədə bizi düşünməyə vadar edir.Bu sahədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən sosial çarxlar hazırlanması və ya digər zəruri tədbirlər görülməsi vacibdir. Bazar planlaşdırılması tələbin öyrənilməsi və bu istiqamətdə hər hansı addımlar atılırmı?”
Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bildirib ki, qaldırılan məsələ qeydə alınıb və tədbir görüləcəkdir.
“BİR SIRA VACİB ƏSAS VƏSAİTLƏR TƏŞVİQƏ DÜŞMÜR”
Fərid Kərimli İqtisadiyyat Nazirliyinə məlumat verərək bildirib ki, bir sıra əsas vəsaitlərin vergi və gömrük rüsumlarından azad edilməsi heyvandarlığın inkişafına əlavə dəstək ola bilər:
“Təşviq sənədi ilə qanunvericilikdə göstərildiyi kimi texnoloji avadanlıqlar və qurğuların idxalı zamanı vergi və gömrük rüsumlarından azad oluruq. Lakin təsərrüfata çox vacib olan bir sira əsas vəsaitləri idxal edərkən təşviqə düşmür. Nümunə kimi, rəhbərlik etdiyim təsərrüfatda istifadə edilən heyvan yataqlıqları təşviqə salınmayib. Halbuki, yataqlar birbaşa heyvanların sağlamlığı və məhsuldarlığına təsir edən əsas vəsaitdir. Təklif edirəm ki, təşviqə düşən əsas vəsaitlərin siyahısı müəyyənləşdirilsin və rəsmi qaydada təsdiq edilsin”.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
Geely Group satışlarda rəqiblərini geridə qoyaraq liderliyini təsdiqləyir
- 2 saat əvvəl
-
-
9 saat əvvəl
Aqrar sığorta zərfinə yeni bitkilərin əlavə ediləcək – MÜSAHİBƏ
- 1 gün əvvəl
- 4 gün əvvəl
-
4 gün əvvəl
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
- 4 gün əvvəl
- 4 gün əvvəl
- 4 gün əvvəl
- 4 gün əvvəl
-
5 gün əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Zəmanətsiz avtomobil almağın həqiqi riskləri 8 bənddə
Aqrar sığorta zərfinə yeni bitkilərin əlavə ediləcək – MÜSAHİBƏ
Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Xalq Bankdan Novruza özəl endirim təklifi
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
Ən çox oxunanlar
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!
Tramp: Netanyahuya İranın enerji obyektlərini vurma dedim
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
















