“Unibank” böyük mənfəət əldə edən banklar sırasında - 7,5 DƏFƏ ARTIB
“Unibank” ASC 2018-ci ili 30 milyon 300 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, “Unibank” 2017-ci ili 4 milyon 44 min manat xalis mənfəət ilə başa vurmuşdu. Başqa sözlə, Bankın xalis mənfəəti 7,5 dəfə artıb.
“Marja” Bankın məcmu gəlirlər haqqında konsolidə edilmiş hesabatına istinadən xəbər verir ki, ötən il Bankın xalis mənfəətinin 23 milyon 815 min manatı ehtiyatın bir hissəsinin azad olması hesabına yaranıb. Belə ki, “Unibank” əvvəlki illər ehtimal olunan kredit itkiləri üçün ehtiyat yaradırdı. Artıq kredit riskləri azaldığından və gecikmədə olan kreditlər qaytarıldığından ehtiyat “blokdan çıxır” və gəlirə əlavə edilir.
Ötən il ehtiyatdan gəlir nəzərə alınmadan “Unibank”ın cəmi gəlirləri 90 milyon 732 min manat, cəmi xərcləri isə 84 milyon 204 min manat, əməliyyat mənfəəti isə 6 milyon 528 min manat təşkil edib. Yəni, ehtiyatın bir hissəsinin azad olması hesabına əldə edilmiş 23 milyon 815 min manatı gəlir nəzərə alınmadan belə “Unibank” mənfəət əldə edib.
Ötən il, “Unibank”ın faiz gəlirləri 67 milyon 684 min manat, haqq və komissiya gəlirləri 12 milyon 717 min manat, xarici valyuta ilə əməliyyatlar üzrə gəliri 5 milyon 62 min manat, balansdankənar öhdəliklər üzrə yaradılmış ehtiyatdan gəlir 4 milyon 250 min manat təşkil edib. Balansdankənar öhdəliklər üzrə ehtiyatdan gəlir nəzərə alınmasa da “Unibank” əməliyyat mənfəətinə çıxıb.
2017-ci ildə “Unibank”n cəmi gəlirləri 80 milyon 908 min manat, o cümlədən faiz gəlirləri 72 milyon 84 min manat, qeyri-faiz gəlirləri 8 milyon 824 min manat təşkil etmişdi. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 7 milyon 869 min manat əməliyyat mənfəəti qalmışdı. “Unibank” ehtimal olunan kredit və depozit itkiləri üzrə ehtiyatlara 3 milyon 825 min manat ayırdığından həmin ili 4 milyon 44 min manat xalis mənfəət ilə başa vurmuşdu.
BANK MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR İLƏ BÖYÜYÜB
30 Dekabr 2018-ci il tarixində “Unibank” 693 milyon 877 min manat cəmi aktivlərə, 638 milyon 642 min manat cəmi öhdəliklərə və 55 milyon 236 min manat cəmi balans kapitalına malik olub.
31 Dekabr 2017-ci il tarixində “Unibank” 601 milyon 841 min manat cəmi aktivlərə, 538 milyon 419 min manat cəmi öhdəliklərə, 63 milyon 422 min manat cəmi balans kapitalına malik idi.
İllik müqayisədə müştərilərə verilən kreditlər 107 milyon 568 min manat və ya 38,4% artaraq 2017-ci ilin sonundakı 280 milyon 86 min manatdan 387 milyon 654 min manata yüksəlib.
2018-ci ilin sonunda “Unibank” 63 milyon 450 min manat məcmu kapitala malik olub. 2017-ci ilin sonunda bu məbləğ 67 milyon 488 min manat idi.
Xəbər verdiyimiz kimi, 2018-ci ili 30 bankdan 25-i xalis mənfəətlə başa vurub. "Unibank" ən çox xalis mənfəət əldə etmiş 4-cü bankdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 5 saat əvvəl
-
5 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Ən çox oxunanlar
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti



























