Kirayəverənlər üçün bəd xəbər - QİYMƏTLƏR DÜŞƏ BİLƏR
"İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini alması və satmaq öhdəliyi ilə kirayəyə verməsi mexanizminin yaradılması kirayə bazarına müəyyən sabitlik gətirə, reallığa uyğun gəlməyən kirayə qiymətlərinin azalmasına səbəb ola bilər".
Bunu açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov yeni kirayə mexanizminin mümkün təsirini şərh edərkən deyib.
"Dünya təcrübəsi göstərir ki, kirayə bazarında qiymətləri sabit saxlamaq üçün işlək mexanizmlər yaradılmalıdır. İpoteka kreditləşməsi, sosial mənzillər, eləcə də sonradan satış məqsədi ilə evlərin kirayə verilməsi belə mexanizmlərdəndir. Layihənin reallaşdırılması bu bazarda bir növ tələb və ona uyğun təklif formalaşdıracaq. Hazırda Azərbaycanın kirayə bazarında təklif azdır. Bazar əsasən Bakı və Sumqayıt şəhərlərində, ümumi alqı-satqının 5%-i qədər olmaqla formalaşıb, regionlarda isə yox dərəcəsindədir. Odur ki, qiymətlər yüksəkdir və getdikcə artır. Təkcə ötən il kirayə mənzillərin 1m2-nin qiyməti orta hesabla 7,5% artaraq 8,5 manata çatıb. Kirayə bazarında təklif artsa, qiymətlər tənzimlənər”,- deyə ekspert qeyd edib.
"Sabitlikdən əlavə, satmaq öhdəliyi ilə kirayə əhalinin mənzil problemini həll edə, tikinti sektorunu hərəkətə gətirə və bununla da iqtisadi artıma təkan verə bilər", - deyə N.İbrahimov əlavə edib.
İqtisadçı-ekspert Rəşad Həsənov isə hesab edir ki, yeni mexanizmin kirayə bazarına ciddi təsir edəcəyini, rəqabət mühitini gücləndirəcəyini gözləmək lazım deyil: "Çünki satmaq öhdəliyi ilə kirayə məsələsində söhbət bazara kütləvi mənzil təklifindən getmir. İpoteka və Kredit Zəmanət Fondunun bu istiqamətdə imkanları kifayət qədər məhduddur. Ən yaxşı halda il ərzində bir neçə yüz mənzil təklif oluna bilər. Bu da kirayə bazarında qiymətlərə hər hansı bir formada təsir etməyəcək və rəqabət mühitini gücləndirməyəcək. Onu da nəzərə almaq lazımdır ki, Fondun kirayə verəcəyi mənzillər yeni mənzillər olmayacaq, hansısa formada mövcud bazardan əldə edilmiş mənzillər olacaq. Yəni, daşınmaz əmlakların bir qismi bazarın bir iştirakçısından digər iştirakçısı qismində Fonda ötürüləcək".
Bununla belə, ekspertin fikrincə, satmaq öhdəliyi ilə kirayə əhalinin mənzillə təminatını qismən də olsa yaxşılaşdıracaq: "Bu, xüsusilə həssas sosial qrupların mənzillə təminatına müsbət təsir göstərə bilər. Hazırda Azərbaycanda mənzil təminatı ilə bağlı mövcud olan mexanizmlər əhalinin aztəminatlı təbəqəsinin mənzil problemini tam həll edə bilməyib. Mənzilə əlçatanlıq hələ də zəifdir. Əsas problem də ondan ibarətdir ki, mənzillərin satış qiymət onların real dəyərini həddindən çox üstələyir. Bu da daşınmaz əmlak bazarında təklifin tələbrdən dəfələrlə az olması ilə bağlıdır. Hesablamalara görə, hər il ölkədə 80 minə yaxın yeni ailə qurulur və 30-35 min yeni mənzilə ehtiyac yaranır. Amma bu qədər mənzil tikintisi həyata keçirilmir. Odur ki, yeni yaradılan mexanizm qismən də olsa əhalinin mənzil problemini həll edəcək".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 21 d. əvvəl
-
1 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
1 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
1 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
1 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Ən çox oxunanlar
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir






.jpg)






.jpg)






