“Made in Azerbaijan” brendi altında layihələrimiz beynəlxalq müsabiqəyə təqdim edilib
Ölkəmiz adından Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019 Mükafatları” beynəlxalq müsabiqəsinə bir sıra layihələr təqdim edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən layihələr, Nazirliyin tabeli qurumlarının mütəxəssisləri tərəfindən hazırlanan proqram və tətbiqlər müxtəlif nominasiyalar üzrə müsabiqədə iştirak hüququ qazanıb.
Yerli mütəxəssislərimiz tərəfindən hazırlanan bir neçə layihə Təşkilat Komitəsi tərəfindən seçilərək artıq, səsverməyə təqdim olunub.
10 fevraladək davam edəcək onlayn səsvermə nəticəsində 18 nominasiya üzrə qaliblər, eyni zamanda, 72 çempionluq layihəsi müəyyən olunacaq.
Qaliblər 8-12 aprel 2019-cu il tarixində İsveçrənin Cenevrə şəhərində keçiriləcək “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019” forumunda elan olunacaq.
Məlumat üçün bildirək ki, İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2004-cü ildən BMT-nın İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə xüsusi ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən keçirilir.
“Made in Azerbaijan” brendi altında layihələrimizi qalib etmək üçün onlayn səsvermədə yüksək nəticə toplamaq lazımdır.
Qeyd edək ki, “İdeyadan Biznesə” (1-ci kateqoriya - “I2B – Idea to Business”) və ya “Apelyasiya Şuralarına Şikayət Sistemi” (1-ci kateqoriya - “Appeal Board Complaint System”), “Açıq Məlumatlar” (3-cü kateqoriya - “Open Data”), “Danışan kitabxana” (6-cı kateqoriya - “Speaking Library”), “Mobil imza” (7-ci kateqoriya - “Mobile Signature”), “Mərkəzləşdirilmiş Hesablama Sistemi” (8-ci kateqoriya - “Centralized Accounting System”), “ARİS” (7-ci kateqoriya- ARİS) layihələri nominant qismində müsabiqədə dünyanın müxtəlif ölkələrindən təqdim olunan layihələrlə yarışır.
Müsabiqəyə 1-ci (“I2B - İdeyadan Biznesə” və Apelyasiya Şuralarına Şikayət Sistemi) və 7-ci kateqoriya (ARİS və Mobil İmza) üzrə iki layihəmiz səsverməyə təqdim olunub. Lakin qaydalara görə hər kateqoriya üzrə yalnız 1 layihəyə səs verilə bilər.
Bundan başqa, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının rezidenti olan “iQrex” (kateqoriya 8 - “iQrex”) və “Sağlam Yaşam Platforması” (kateqoriya 10 - “Healty Living Support Platform”) layihələri də onlayn səsəvermədə iştirak edir.
Onlayn səsvermədə fəal iştirak etməklə ölkəmizi təmsil edən bu layihələri qalib edə bilərik.
Səsvermədə iştirak etmək üçün linki https://www.itu.int/net4/wsis/stocktaking/prizes/2019/ təqdim edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 24 d. əvvəl
- 41 d. əvvəl
-
43 d. əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 45 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ SƏHMLƏR
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq
Rəsmi məzənnələr açıqlandı
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qızılın qiyməti 5250 dollara yaxınlaşdı -YENİ REKORD
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi

















