"Növbəti çöküş ən pis böhran olacaq"
YouTube-da yayımlanan "Real İqtisadiyyat" proqramında danışan ABŞ-lı məşhur investor Jim Rogers, növbəti qlobal iqtisadi böhranın həyatında gördüklərinin ən ağırı olacağını bildirib və əlavə edib:
"2008-də böyük bir problem yaşadıq. Çünki hər yerdə çox borc vardı. Amma o zamandan bəri borclar hər sahədə daha da artıb. Yalnız ABŞ Mərkəzi Bankı son 10 ildə çap etdiyi pulun miqdarını 500% artırıb. Buna görə, növbəti çöküş ən pis böhran olacaq".
Dünya daxilində ictimai hadisələr, bankların bağlanması və kritik məhsulların qıtlaşması kimi hadisələrin görülə bilinəcəyini vurğulayan Rogers, güclü görülən iqtisadiyyatlarda da böyük sürprizlərin ortaya çıxacağını iddia edib:
"Bütün böyük ölkələr acı çəkəcək. Amerika çətinlik çəkəcək, Çin çətinlik çəkəcək. On illərdir borcu olmayan Çinin də artıq borcu var. Qərb ilə əlaqələri olan və yüksək məbləğdə borclu Çinlilər çətinlik yaşayacaqlar. Çinli şirkətlər daha da müflisləşəcəklər. Başları böyük bəlada olan, büdcələrindən çox xərcləyən Almaniya şəhərləri var. Yaponiyanın çox böyük daxili borcları var; böyük borclar və azalan bir əhali. Yəni böyük sürprizlər görəcəyik".
Mərkəzi bankları da tənqid edən məşhur investor, özü uşaqkən İsveçrə Mərkəzi Bankının arxasında möhkəm bir zehniyyət və qızıl olduğunu, bu anda isə İsveçrə frankının arxasında ABŞ-ın texnologiya şirkətlərinin səhmləri olduğunu vurğulayıb və "İnsanlar, İsveçrə frankına gerçəkdə nə olduğunu anladıqlarında, İsveçrə Mərkəzi Bankının çox dostu qalacağını sanmıram" deyib.
Rogers, "Yaponiya Mərkəzi Bankı isə inanılmaz miqdarda pul çap edib. Rəsmi olaraq da söylədilər; "sərhədsiz miqdarda". Bu onların sözüdür. "Sərhədsiz miqdarda pul çap edəcəyik" dedilər" - deyə əlavə edib.
Böhrana qarşı tədbir olaraq qızıla və gümüşə sərmayə qoyduğunu bildirən məşhur sərmayəçi Rogers, 2010-cu ildən bu yana ciddi bir alış etmədiyini, lakin yeni alışlar üçün fürsət gözlədiyini deyib:
"Ciddi bir problem olduğunda, əvvəl qızıl və gümüş çökəcək. Amma sonra insanlar "ah qızıl almağım lazımdır" deyirlər və qızıl qiymətləri "uçur". Bu böhranda da eynisinin olmasını gözləyirəm. Qiymətlər geriləsə ümid edirəm daha çox qızıl və gümüş alacaq qədər ağıllı olaram. Çünki bu böhran bitmədən qızılın qiyməti çox yüksələ bilər. Hətta bir "köpüyə" belə çevrilə bilər."
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 d. əvvəl
Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlanıb
-
-
15 d. əvvəl
50-dən çox ölkədə uşaq qidası qalmaqalı: Məhsullar bazardan yığışdırılır
- 16 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Fed/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İranı hədələdi: İnsanlar öldürüləcəyi halda, sizi çox sərt vurarıq
-
14 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
15 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Rəsmi məzənnələr açıqlandı
Fed/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
Ən çox oxunanlar
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Xalq Bankdan depozit seyfi xidməti









.jpg)

















