Brexit ilə Avropaya 1 trilyon dollar keçəcək
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxacağı tarix olan 29 Mart yaxınlaşır. 800 milyard funt-sterlinqə (1 trilyon dollar) yaxın dəyərdə aktivlərin Böyük Britaniyadan çıxaraq Avropa İttifaqındakı maliyyə mərkəzlərinə keçəcəyi bildirilir.
"Marja" xəbər verir ki, EY (Ernst & Young) adı ilə tanınan məsləhət şirkətinin maliyyə xidmətləri sədri Omar Əli, "Bir müqavilə olmadan 29 Marta nə qədər yaxınlaşsaq, (İngiltərədən) o qədər çox aktiv çıxacaq və çalışanlar ya yer dəyişdirəcək, ya da yerli olaraq işlə təmin ediləcəklər" - deyib.
EY-in ən son proqnozuna görə, İngiltərənin 8 trilyon sterlinlik bank sektorunun kiçik bir hissəsi olan 800 milyard funt-sterlinq dəyərində aktiv ölkədən çıxacaq.
EY, 2016-ci ilin İyun ayında keçirilən referendumla Aİ-dan çıxma qərarı vermiş Böyük Britaniyada 222 maliyyə şirkətinin Brexit hazırlıqlarını izləyir. EY, 80 şirkətin aktivlərini və şəxsi heyətini bir Aİ mərkəzinə köçürməyi düşündüyünü, ya da buna qərar vermiş olduğunu bildirib.
Almaniyada Frankfurt maliyyə mərkəzinin reklamını aparan "Frankfurt Main Finance" şirkəti, böyük hissəsi bu rübdə olmaqla, 750-800 milyard avroluq aktivin Frankfurta köçürülməsini gözlədiyini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 34 d. əvvəl
-
-
14 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
16 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti


























