Türkiyənin ixracında rekord!
Türkiyə Ticarət Nazirliyi rəsmi olmayan müvəqqəti xarici ticarət göstəricilərini açıqlayıb.
"Marja" xəbər verir ki, 2018-ci ildə ixrac 7,1 faiz artaraq 168,1 milyard dollara yüksəlib. Bu Cümhuriyyət tarixinin ən yüksək illik ixracı olub.
Həmin dövrdə idxal 4,6 faiz azalaraq 223,1 milyard dollara geriləyib. İxracın idxalı qarşılama nisbəti isə bir əvvəlki illə müqayisədə 8,2 bənd artımla 75,3 faiz olub.
Bu dövrdə xarici ticarət kəsiri 28.4 faiz azalaraq 55 milyard dollar olub.
Xarici ticarət dövriyyəsi isə 0.1 faiz artımla 391.2 milyard dollar olaraq baş tutub.
İxracda ilk üç yeri tutan ölkələr Almaniya, İngiltərə və İtaliya olub. Avropa Birliyinə ixrac 13,7 faiz artımla 84,1 milyard dollara çıxıb. İxracda Afrika bazarı 24 faiz və Latın Amerikası 35,6 faiz artıb.
2018-də Almaniyaya 16.1 milyard dollarlıq, Böyük Britaniyaya 11.1 milyard dollarlıq və İtaliyaya 9.5 milyard dollarlıq ixrac həyata keçirilib.
Ən çox idxal isə 22 milyard dollarla Rusiyadan həyata keçirilib. Bu ölkənin ardınca 20.7 milyard dollarla Çin, 20.4 milyard dollarla Almaniya gəlir.
Avtomobil sənayesi 2018-də 31 milyard 568 milyon 469 min dollarla ən çox ixracat həyata keçirən sektor olub. Avtomobil sənayesinin ardınca 17 milyard 642 milyon 157 min dollarla hazır geyim, hazır geyim əşyaları və 15 milyard 554 milyon 861 min dollarla polad gəlir.
Ötən il ən çox idxal edilən mallar isə 43 milyard dollarla "mineral yanacaqlar, yağlar və bunların distillə edilməsindən əldə edilən məhsullar" olmuşdur.
Qeyd edək ki, ötən il Türk lirəsi kəskin dəyərdən düşüb. 2018-ci ilə 3.78 səviyyələrindən başlayıb Avqust ayında 7.20 səviyyələrini test edərək rekord qıran Dollar/TL məzənnəsi, 2019-un ilk əməliyyat gününə 5.30 səviyyələrindən başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 2 d. əvvəl
-
- 6 d. əvvəl
- 10 d. əvvəl
-
43 d. əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Rəsmi məzənnələr açıqlandı
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Ən çox oxunanlar
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR


























