Kakao investorunun üzünü güldürüb - ƏN ÇOX QAZANDIRAN VƏ ZİYANA SALAN MƏHSULLAR
Əmtəə bazarında ötən il investoruna ən çox qazandıran məhsul 27,6 faiz ilə kakao olub.
"Marja"nın əmtəə bazarında ticarət olunan 18 məhsulun qiymət hərəkətlərindən topladığı məlumatlara görə, dolların dəyər qazanması və ticarət müharibəsinin narahatlıqları ilə əmtəə bazarında bir çox məhsul keçən il ucuzlaşıb.
2018-ci ildə 14 məhsul investorunu zərərə salıb, yalnız 4 məhsul investorunun üzünü güldürüb. Kakao, qarğıdalı, palladium və buğda ötən il investoruna qazandırıb, şəkər, qəhvə, platin, qızıl, pambıq, soya, sink, mis, gümüş, alüminium, qurğuşun, nikel, Brent nefti və təbii qaz isə investorunu məyus edib.
Əmtəə bazarında ötən il investoruna ən çox qazandıran məhsul 27,6 faiz ilə kakao olub. Ötən il Qərbi Afrikada hava temperaturlarının mövsüm normalarından yüksək olması və yağışların az yağması kakao qiymətlərində artıma səbəb olub. Aşağı yağışlar səbəbindən kakaonun keyfiyyəti də aşağı olub.
PALLADİUMUN QİYMƏTİ, QIZILIN QİYMƏTİNİ KEÇİB
Əmtəə bazarında investoruna ən çox qazandıran digər məhsullar 19,3 faiz ilə palladium, 17,8 faiz ilə buğda və 6,9% ilə qarğıdalı olub.
Palladiumun unsiyasının qiyməti, 2002-ci ildən bu yana ilk dəfə ötən il qızılın unsiya qiymətini keçib.
Əmtəə bazarında ötən il investoruna ən çox ziyan vuran məhsul 23,6 faiz ilə sink olub.
Sinkin ardınca, 20,6 faiz ilə şəkər, 19,2 faiz ilə qəhvə, 18,6 faiz ilə Brent neft, 18,2 faiz ilə qurğuşun, 16,5 faiz ilə alüminium, 16,4 faiz ilə mis, 14,3 faiz ilə nikel, 14,1 faiz ilə platin, 8,7 faiz ilə gümüş, 7,5 faiz ilə pambıq, 5,9% ilə soya, 3,4 faiz ilə təbii qaz və 1,5% ilə qızıl gəlir.
Mis, 2015-ci ildən bu yana ilk dəfə illik müqayisədə ucuzlaşıb.
Qərbi Afrikanın dünyanın ən böyük kakao istehsalçısıdır və dünya kakao istehsalının təxminən 75%-ini həyata keçirir. Qərbi Afrikadakı istilər səbəbindən yağışların az yağması kakao istehsalının və keyfiyyətinin aşağı olmasına səbəb olub. Kakaonun keyfiyyətinin aşağı olması, şokoladın keyfiyyətinə də təsir edir. Şokolad istehsalçıları yüksək keyfiyyətli kakao tələb edir. Lazımi keyfiyyətdə kakao olmayanda keyfiyyətli kakao üçün ödənilən qiymət də qalxır.
Qlobal şokolad istehlakının 2018-2019 mövsümündə 7,7 milyon tona çatacağı gözlənilir. Bu da daha çox kakao istehlakı deməkdir. Qısacası güclü tələbat davam edir. Xüsusilə, Uzaq Şərq və inkişaf etməkdə olan ölkələrdəki tələb artımı, kakao qiymətlərini qaldırır. Bu səbəbdən kakao qiymətlərində yüksəliş tendensiyasının 2019-cu ildə də davam etməsi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 5 d. əvvəl
-
- 8 d. əvvəl
- 12 d. əvvəl
-
45 d. əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Rəsmi məzənnələr açıqlandı
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Ən çox oxunanlar
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR

























