Maaş kartlarının sayı 221 min ədəd artıb - SON RƏQƏMLƏR
2018-ci ilin Noyabr ayının sonunda cəmi ödəniş kartlarının sayı 6 milyon 476 min ədəd təşkil edib.
"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Oktyabr ayının sonu ilə müqayisədə Noyabrda cəmi ödəniş kartlarının sayı 52 min ədəd artıb.
Artım Yanvarda 20 min ədəd, Fevralda 70 min ədəd, Martda 43 min ədəd, Apreldə 89 min ədəd, Mayda 50 min ədəd, İyunda 40 min ədəd, İyulda 62 min ədəd, Avqustda 50 min ədəd, Sentyabrda 133 min ədəd, Oktyabrda isə 67 min ədəd təşkil etmişdi.
Oktyabr ayı ilə müqayisədə Noyabrda sosial kartların sayı 13 min ədəd azalaraq 2 milyon 532 min ədədə düşüb. Həmin ayda əməkhaqqı kartlarının sayı 10 min ədəd artaraq 2 milyon 41 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 24 min ədəd artaraq 1 milyon 69 min ədədə, kredit kartlarının sayı isə 32 min ədəd artaraq 835 min ədədə çatıb.
Ötən ilin sonu ilə müqayisədə isə bu ilin 11 ayı ərzində cəmi ödəniş kartlarının sayı 704 min ədəd, o cümlədən sosial kartların sayı 5 min ədəd, əmək haqqı kartlarının sayı 221 min ədəd, kredit kartlarının sayı 215 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 265 min ədəd artıb.
İl, ay | Ödəniş kartları ümumi sayı, min ədəd, (dövrün sonuna) | Dövriyyədə olan ödəniş kartlarının ümumi sayından: | ||||
Debet kartları | Kredit kartları | |||||
Sosial kartlar | Əmək haqqı kartları | Digər | ||||
12 | 5800 | 2535 | 1827 | 815 | 623 | |
2018 |
|
|
|
|
| |
01 | 5820 | 2517 | 1842 | 807 | 655 | |
02 | 5890 | 2522 | 1880 | 814 | 673 | |
03 | 5933 | 2513 | 1893 | 814 | 713 | |
04 | 6022 | 2511 | 1890 | 866 | 755 | |
05 | 6072 | 2513 | 1878 | 897 | 784 | |
06 | 6112 | 2521 | 1877 | 914 | 799 | |
07 | 6174 | 2521 | 1908 | 922 | 823 | |
08 | 6224 | 2505 | 1930 | 953 | 836 | |
09 | 6357 | 2547 | 1941 | 982 | 887 | |
10 | 6424 | 2545 | 2031 | 1045 | 803 | |
11 | 6476 | 2532 | 2041 | 1069 | 835 | |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
7 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
























