"Neft qiymətlərində böyük bir yüksəliş gözləmirik"
Beynəlxalq Enerji Agentliyinin (IEA) başçısı Fateh Birol "Qarşıdakı dövrdə neft qiymətlərində çox böyük bir yüksəliş gözləmirik" deyib.
"Marja" xəbər verir ki, IEA-nı rəhbəri bildirib:
-Qatar, bu an etibarı ilə LNG-nin ən etibarlı və ən əhəmiyyətli aktyorudur. Qatar, dünya enerji bazarlarında lider bir ölkə və OPEC-dən çıxması qərarı sürpriz oldu,
- ABŞ-da neft hasilatının artması ilə qiymətlərin yalnız Orta Şərq və Rusiya tərəfindən təyin oluna bilməyəcəyi bir dövrə giririk,
- 2025-ci ildə Amerikanın cəmi neft istehsalı, az qala Rusiya və Səudiyyə Ərəbistanının cəmi istehsalına bərabər olacaq.
Fatih Birol, neft qiymətlərinin oktyabrda 86 dollar səviyyəsindən hazırda 55 dollar səviyyəsinə endiyini bildirərək, "Neft qiymətləri enerji tarixində tayı-bərabəri görülməmiş bir volatillik dövrünə daxil olur. Qiymətlərdəki oynaqlıq uzun bir müddət bizimlə birlikdə olacaq" deyib.
Birol, belə davam edib:
"Amerikadakiı çox böyük şist nefti istehsalına görə, vəziyyət dəyişib OPEC və OPEC-ə üzv olmayan ölkələrin bir neçə həftə əvvəl hasilatın azaldılması barədə verdiyi qərar neft qiymətlərini artırmaq əvəzinə, qiymət 55 dollar səviyyəsinə qədər geriləyib. Neft tələbində isə inkişaf etmiş ölkələrdə azalma, inkişaf etməkdə olan ölkələrdə sürətli bir artım var. Avtomobillər neft istehlakının 20%-ini yaradır. Neft tələbində əsl artım neft-kimya, yük maşınıları və təyyarələrdən qaynaqlanır. Xüsusən Asiya bazarında sözügedən artım görünür. Asiya daha yeni uçmağa başlayır və tələbat inanılmaz yüksəkdir. Buna görə, inkişaf etmiş ölkələrdə tələbat azalır, inkişaf etməkdə olan ölkələrdə artır. Dünyadakı neft yataqlarının müəyyən bir hissəsində hasilat artıq düşüb. İnvestisiyalarda da azalma var. Digər tərəfdən, Amerikada şist nefti istehsalı çox sürətlə artır. 2025-ci ildə ABŞ-ın istehsalı Rusiya və Səudiyyə Ərəbistanının cəmi istehsalına bərabər ola bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























