PAŞA Bankın dəstəyi ilə "Şəffaf uçotun biznesin maliyyələşdirilməsində rolu" adlı konfrans keçirilib
Dekabrın 19-da Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank və Deloitte Azərbaycanın birgə təşkil etdiyi “Şəffaf uçotun biznesin maliyyələşdirilməsində rolu” mövzusunda konfrans keçirilib.
Ölkənin paytaxtında baş tutan konfransa 50 nəfərə yaxın özəl sektor nümayəndələri, o cümlədən qeyri neft sektorunda fəal iştirak edən sahibkarlar qatılıb.
Tədbirdə PAŞA Bank və Deloitte Azərbaycan ekspertləri şəffaf uçotun qurulması ilə əlaqədar tələblər, qanunvericilikdə bu sahə üzrə gözlənilən yeniliklər, habelə biznesin bununla bağlı transformasiyasının müxtəlif maliyyələşmə alətlərindən istifadəsinə təsiri haqqında müxtəlif mövzularda öz fikirlərini paylaşıblar.
Tədbirdə çıxış edən PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun qeyd etdiyi kimi, son dövrlərdə ölkəmizdə şəffaflığın qurulması ilə bağlı bir sıra mühüm islahatlar aparılır, mühasibat və vergi uçotunun düzgünlüyünə dair tələblər və nəzarət mexanizmlərinin işə salınması yönündə çoxsaylı tədbirlər görülür, bu da öz növbəsində qanunvericiliyin tələblərinə əməl edilməsi zərurətini yaradır.
“Biz, çox faydalı bir fikir mübadiləsi meydançasına çevrilən bu tədbir vasitəsilə müştərilərimizin nəzərinə çatdırmaq istəyirik ki, vergi uçotunun aparılmasına daha dürüst və effektiv yanaşılması və eyni zamanda, mühasibat uçotunun Beynəlxalq Mühasibatlıq Standartlarına uyğunlaşdırılması yönündə ciddi addımlar atılması gələcəkdə vergi uçotunda aşkarlanmış qanunauyğunsuzluğa görə mühakimə olunmamağınıza zəmin yaradacaq. PAŞA Bank ölkənin aparıcı korporativ bank olaraq öz müştərilərinə hərtərəfli dəstək göstərməyə hazırdır və burada məqsədimiz müştərilərimizə korporativ idarəçiliyin yeni, daha yüksək səviyyəsinə qalxmağa və daha şəffaf və çevik olmağa yardım etməkdir. Əminəm ki, birlikdə biz ölkədə davamlı biznes mühitinin yaradılmasına nail ola bilərik”, - T. Kazımov vurğuladı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
























.jpg)



