Rusiyalı ekspert neft bazarına dair proqnoz verib
"İran tərəfindən 2019-cu ildə sıradankənar addımlar olmasa, neftin qiyməti artmayacaq. Ucuzlaşmaya gəlincə, OPEC+ formatı fəaliyyət göstərdiyi müddət ərzində neftin bir barelinin qiyməti 50 dollardan az olmayacaq".
Bu barədə rəyini bildirən Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun, Rusiya hökuməti nəzdində Maliyyə Universitetinin aparıcı eksperti Stanislav Mitraxoviçin fikrincə, məhz bu qiymət həddi ABŞ-dakı qeyri-ənənəvi neft istehsalçılar üçün daha əlverişlidir.
“Qiymətlər bundan daha az olsa, qısa müddətə olacaq, çünki Amerikadakı neft istehsalçıları və onlara kredit verənlər böyük zərər görər”, – ekspert deyib.
Neft bazarlarının 2018-ci ildəki vəziyyətini şərh edən rusiyalı ekspert, ümumiyyətlə, bu ilin həm neft istehsalçılar, həm də istehlakçılar üçün uğurlu keçdiyini söyləyib: “İlin birinci yarısında, xüsusilə yayda qiymətlər artırdı. Sonra azalma baş versə də, istehsalçıların əksəriyyəti üçün təhlükəli deyə biləcəyimiz həddə çatmadı. Əlbəttə ki, sırf daxili siyasətdəki səhvlər ucbatından indi çox müşkül vəziyyətə düşən Venesuela kimi ölkələr istisna olmaq şərtilə. Ümumi götürəndə, bu ilin mənzərəsini ABŞ-ın təsiri və bu təsirin müəyyən hədləri müəyyənləşdirib”.
Bu il ABŞ-ın neft hasilatına görə birinci yerə çıxdığını xatırladan S.Mitraxoviçin fikrincə, məhz ABŞ-da hasilat artımı köhnə OPEC mexanizminin baş verənləri tənzimləyə bilmədiyini, OPEC+ zərurətini üzə çıxarıb: “OPEC+ da planlarını dəyişməli oldu. OPEC+ ölkələri əvvəlcə Venesuela və İrandakı məsələlərə görə hasilatı artıra biləcəklərini hesab etsələr də, sonra yenə məhdudiyyət tətbiq etməli oldular. Amerika hasilatı artıranda da OPEC+ müvafiq adıımlar atmalı oldu”.
Onun sözlərinə görə, 2018-ci il ABŞ təsirinin nə qədər böyük olsa da, müəyyən əndazəyə malik olduğunu da ortaya qoyub: “ABŞ İran neftini idxal edən ölkələrlə qarşıdurmaya getmədi, aşkar güzəştlərə getdi. Rusiyaya qarşı sanksiyalar məsələsində də özlərini saxlamalı oldular”.
Gələn il üçün daha geniş proqzozlara gəlincə, ekspert bildirib ki, ABŞ-da hasilat artımı davam edəcək: "İranla ABŞ arasında ixtilaf daha da böyüsə, Fars körfəzindəki daşımaların böyük hissəsi təhlükəyə düşər, bu da İran əvəzinə neft satmaq istəyən ölkələrin karına gələcək.
“Məncə, Donald Tramp sanksiyaları sərtləşdirməyəcək, çünki belədə ABŞ-ın eyni vaxtda çox sayda aktorlarla ziddiyyətləri əmələ gələr. Əgər ABŞ belə etsə, İran qeyzlənərək daha sərt hərəkətlərə, hətta Körfəzdə hərbi əməliyyatlara baş vura bilər. Belə olan halda İran neftinin yerini doldura biləcək Rusiya, Azərbaycan, Qazaxıstan, Norveç kimi neft istehsalçısı ölkələr üçün əlverişli ssenari bizi gözləyir”, – rusiyalı ekspert fikrini tamamlayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























