Nazirlikdən turizm şirkətlərinə xəbərdarlıq!
"Bəzi hallarda vasitəçi şirkətlər xarici ölkələrdən gələn ovçular üçün ov icazələri alırlar və Azərbaycanın “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş növlərin ovlanmasına şərait yaradırlar".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, belə hallar aşkar edildiyi təqdirdə, həmin vasitəçi şirkətlərlə əməkdaşlıq dayandırılacaq və onların turizm fəaliyyətinə verilmiş lisenziyalarının ləğvi üçün aidiyyəti orqanlara müraciət ediləcək: "Nazirlik xəbərdarlıq edir ki, vətəndaşlar, vasitəçi şirkətlər bu məsələlərə daha da məsuliyyətli yanaşsın və mövcud qanunvericiliyin tələblərinə əməl etsinlər. Vətəndaşlar, vasitəçi şirkətlər qiymətli quşların icazəsiz ovlanması məsələlərinə daha da məsuliyyətli yanaşsınlar və mövcud qanunvericiliyin tələblərinə əməl etsinlər. Son dövrlər xarici ölkələrdən ölkəmizə gələn turistlərin ov turizminə maraq göstərmələri, bəzən adı Azərbaycanın “Qırmızı Kitabı”na salınmış şahinkimilər, bəzgək, dovdaq və digər nadir quş növlərinin onlar tərəfindən qeyri-qanuni ovlanması və tutulması ilə nəticələnir. Turistlərin bu marağından istifadə edən brakonyerlər həmin quş növlərini tutaraq cüzi ödənişlər müqabilində onlara satırlar".
Nazirlik rəsmisi bildirib ki, vəhşi heyvanların istifadəsi və ya qanunsuz ovlanması üçün ödəmələrin miqdarı Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr”ə əsasən tənzimlənir:
"Bu normativ sənədə əsasən, həmin quşların qeyri-qanuni ovlanması və tutulmasına görə təbiətə dəymiş ziyanın miqdarı bir baş şahin quşu üçün 1100 manat, bir baş bəzgək üçün 330 və dovdaq üçün isə 550 manat müəyyən edilib. Eyni zamanda dövlət təbiət qoruqlarının ərazilərində və milli parkların xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonalarında Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş vəhşi heyvan növləri qanunsuz olaraq məhv və ya əldə edilərsə, təbiətə dəymiş ziyana görə ödəmələr hər bir növ üçün vəhşi heyvan növü üzrə təyin olunmuş məbləğ üçqat ölçüdə, yəni şahin quşu üçün 3300 manat, bir baş bəzgək üçün 990 və dovdaq üçün isə 1650 manat məbləğində hesablanır. Beləliklə, bir baş şahin quşunun qeyri-qanuni ovlanması və tutulması artıq cinayət tərkibi yaratmış olur. Bəzgək və dovdaq quşlarına gəldikdə isə onların xüsusi mühafizə olunan təbiət ərazilərində 1 baş, digər ərazilərdə isə müvafiq olaraq 2 və 3 baş ovlanması cinayət tərkibi yaradır. Cinayət Məcəlləsinin 258-ci maddəsinə əsasən lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda (400 manatdan 1000 manatadək) ziyan vurduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda (1000 manatdan artıq olan məbləğ) ziyan vurulmaqla, partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan başqa üsullardan istifadə etməklə, ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı, qoruqların ərazisində və törədildikdə isə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
17 d. əvvəl
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
-
-
29 d. əvvəl
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
-
2 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
Ən çox oxunanlar
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB























