"UNEC Business English Conversation Club" iştirakçıları AccessBank-ı gələcək iş yeri kimi görür
AccessBank-ın Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə reallaşdırdığı "UNEC Business English Conversation Club" layihəsinin növbəti sessiyası keçirilib.
İngilis dilinin biznes istiqamətinin tədrisini nəzərdə tutan layihənin budəfəki qonağı Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) icraçı direktoru Əli Bayramov olub.
Tələbələr qarşısında təqdimatla çıxış edən qonaq öz təcrübəsindən danışıb. Onun sözlərinə görə, ingilis dilinin dərinliklərini öyrənmək zamanın tələbidir: "Hər bir layihə iştirakçısının seçdiyi peşə ingilis dilinin biznes istiqamətinin öyrənilməsini zəruri edir. Təbii ki, hər biriniz AccessBank-ın yaratdığı gözəl fürsətdən maksimum faydalanmalı və biliyinizi artırmalısınız".
Əli Bayramov və tələbələr arasında həm də peşə seçimi ilə bağlı ciddi fikir mübadiləsi aparıldı. Belə ki, bəzi tələbələr bir neçə peşə arasında seçim etməkdə çətinlik çəkdiklərini bildirdilər. Məsələn, bəziləri belə bir dilemma ilə üzləşib: audit və ya marketinq? Sevindiricidir ki, tələbələrin bir çoxu gələcək iş yeri kimi AccessBank-ı görür. ARPA rəsmisi layihə iştirakçılarına bu cür cavab verdi: "Hər kəs sevdiyi və ən yaxşı bacardığı işlə məşğul olmalıdır. Mən də vaxtilə belə bir dilemma qarşısında idim və bu təbiidir. Siz eyni zamanda marketinqi və auditi sevə bilərsiniz, lakin hansısa sahəni daha çox sevirsiniz və bunu özünüzə etiraf edin. Ürəyinizin səsinə qulaq asın! Çünki siz yaxşı bacardığınız işlə sevə-sevə məşğul olanda bundan həm siz, həm də sizin gələcək işəgötürəniniz, o cümlədən AccessBank qazanacaq".
Bundan başqa, Əli Bayramov tələbələrlə iş yerində fərdi qaydada görüşməyi və onlara peşə seçimində dəstək olmağı da təklif etdi. Təklif layihə iştirakçıları tərəfindən alqışla qarşılandı.
ARPA-nın icraçı direktoru tələbələrə dönə-dönə vaxtlarını hədər yerə sərf etməməyi, sosial şəbəkələrdən daha çox yeni və faydalı informasiyaların əldə olunması üçün istifadə etmələrini tövsiyə etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)


.jpg)




