Avtomobil krediti şərtləri dəyişdirilir – YENİ QAYDA
Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”ını təsdiqləyib.
Yeni qaydalarda avtomobil kreditlərinin verilməsi ilə bağlı tələblər də əksini tapıb.
Qaydalara əsasən, bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı aşağıdakı kimi müəyyən olunur (hesablamada kredit üzrə yalnız əsas borc nəzərə alınır):
- kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manatdan artıq olduqda KTN əmsalı 60%-dən çox olmamalıdır;
- kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manat və ya ondan az olduqda KTN əmsalı 50%-dən çox olmamalıdır;
- avtomobil nəqliyyatı vasitəsinin qiymətindən asılı olmayaraq kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir ildən çox olan avtomobil nəqliyyatı vasitələri üzrə KTN əmsalı 20%-dən çox olmamalıdır.
KTN əmsalı nədir? KTN - kreditin təminata olan nisbətidir. Yəni kreditin ümumi məbləğinin (əsas borc və kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu) kredit üzrə təminatın bazar dəyərinə nisbəti əmsalı.
Yeni qaydanı misallarla izah edək.
Tutaq ki, müştəri qiyməti 60 min manat olan yeni (yəni istehsal tarixindən 1 ildən az müddət keçmiş) avtomobil alır. Qaydalara əsasən, həmin avtomobilin alınması üçün verilən kredit maşının dəyərinin 60%-dən, yəni 36 min manatdan artıq olmamalıdır.
İstehsal ili eyni olan amma qiyməti məsələn 25 min manat olan avtomobilin alınması üçün isə kreditin məbləği onun dəyərinin 50%-ni, yəni 12,5 min manatı keçməməlidir.
İstehsal tarixi köhnə olan avtotobillərdə şərtlər daha ağırdır. Yəni istehsal tarixindən bir ildən artıq vaxt keçmiş bütün avtomobillərin alınması üçün həmin avtomobilin dəyərinin yalnız 20%-i qədər kredit ayrıla bilər. Məsələn, 20 min manatlıq köhnə avtomobil alınacaqsa, onun alınması üçün maksimum 4 min manat kredit ayrıla bilər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 29 d. əvvəl
-
29 d. əvvəl
“Azərlotereya” illik 374 milyon manat gəlir, 74 milyon manat xalis mənfəət əldə edib
-
58 d. əvvəl
“Asel Kredit” BOKT 2025-ci ili 3 milyon 371 min manat xalis zərər ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib
“Azərlotereya” 2025-ci il üzrə maliyyə hesabatını açıqladı
Rəsmi məzənələr açıqlandı
Ən çox oxunanlar
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Neftin qiyməti ABŞ-İran razılaşmasına dair bədbinlik və yeni hücumların təsiri ilə yüksəlməkdə davam edib
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN





















