"Hökumət alternativ enerji ilə bağlı bankla əməkdaşlıqda maraqlıdırsa, biz dəstək göstərə bilərik”
Dünya Bankı “yaşıl iqtisadiyyat”ın müxtəli inkişaf variantlarını tədqiq etmək üçün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edir.
Bunu Dünya Bankının Bakıdakı nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi deyib.
Onun sözlərinə görə, bank Azərbaycanda “yaşıl iqtisadiyyat”ın dəstəklənməsi üçün Koreya Yaşıl Artım Fondunun vəsaitlərini cəlb edə bilib.
Naqvi daha sonra bildirib ki, Azərbaycan Energetika Nazirliyi ilə alternativ enerji mənbələri ilə bağlı ilkin danışıqlar keçirilib:
“Hazırda konkret layihələr yoxdur, amma əgər hökumət külək və ya günəş enerjisi kimi alternativ enerji mənbələri ilə bağlı bankla əməkdaşlıqda maraqlıdırsa, biz dəstək göstərə bilərik”.
Qeyd edək ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı 25,3 min meqavatt təşkil edir ki, bu da ildə 62,8 milyard kilovatt/saat elektrik enerjisi istehsal etməyə imkan verəcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Trend
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 20 saat əvvəl
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















