Dollara daha bir zərbə gəlir! - "BACARDIQ" DEYƏRƏK ELAN ETDİLƏR
Dünya ölkələri Dollara qarşı həmlə ardınca həmlə edərkən bir addım da Avro Zonasından gəlir. Aylarla davam edən intensiv danışıqlardan, çox çətin və uzun görüşdən sonra, Avropa Avronu gücləndirmək üçün geniş bir plan hazırlayıb. Avro Qrupunun sədri və Portuqaliyanın maliyyə naziri Mario Centeno qəbul edilən qərarı "Nail olduq" deyərək dünyaya bəyan edib.
Avro Qrupunun sədri və Portuqaliyanın maliyyə naziri Mario Centeno, Avropa Birliyi üzvü olan ölkələrin maliyyə nazirlərini Brüsseldə bir araya gətirən Avro Qrupunun toplantısından sonra mətbuata açıqlamalar verib.
"Marja" xəbər verir ki, bütün maliyyə nazirləri tərəfindən qəbul edilən və üzərində razılaşma təmin edilən Avro Bölgəsi islahat planı müəyyən etdiklərinə diqqəti çəkən Centeno, "Bacardıq. Bir neçə ay davam edən gərgin danışıqlar, çox çətin və uzun bir görüşdən sonra, Avronu gücləndirmək üçün geniş bir plan hazırladıq",- deyib.
Centeno, sözügedən planın gələn həftə Brüsseldə keçiriləcək Avro Zirvəsində liderlərlə müzakirə olunacağını deyib.
İslahat çərçivəsində, maliyyə problemi yaşayan Avro Zonası ölkələrinə maliyyə dəstəyi təmin etmək üçün yaradılan Avropa Sabitlik Mexanizminin (ESM) rolunu gücləndirmək mövzusunda razılaşma təmin etdiklərini bildirən Centeno, ESM-in iqtisadi böhranlara qarşı tədbir alətlərinin fəaliyyətini gücləndirəcəklərini ifadə edib.
Centeno, böhranlarda ESM dəstəyinin son çarə olaraq istifadə ediləcəyini və bu dəstəyin müəyyən şərtlərə tabe olacağını sözlərinə əlavə edib.
Avro Bölgəsindəki bank və kredit təşkilatlarının çətin vəziyyətlərdən xilas edilməsi və ya ləğvi üçün istifadə edilmək üzrə yaradılan Yeganə Həll Fonduna (SRF) da dəyişikliklər olacağını bildirən Centeno, sözügedən addımların bank birliyinin etibarını və qücünü artıracağını deyib.
Centeno, nazirlərin, Avro Bölgəsində borc davamlılığını təşviq etmək üçün bir müddət üzərində razılaşdıqlarını, bu barədə ölkələrin 2022-ci ilə qədər ortaq mövqe müəyyən edəcəklərini ifadə edib.
Fransa və Almaniyanın AB büdcəsinin bir hissəsi kimi Avro Bölgəsi büdcəsi qurulmasını təklif etdiklərini xatırladan Centeno, liderlərin Avro Zirvəsində icazə vermələri halında bu mövzuda işləməyə davam edəcəklərini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




