ABŞ və Çin 90 gün "atəşkəs" elan etdi
ABŞ Prezidenti Donald Tramp və Çinin Dövlət başçısı Şi Cinping Argentinada keçirdikləri görüşdə "iki ölkənin bir-birinə 90 gün ərzində yeni gömrük vergisi tətbiq etməmək" məsələsində razılaşıblar.
"Marja" xəbər verir ki, Tramp ilə Şi Cinping arasındakı görüşə dair Ağ Evdən yazılı açıqlama verilib. Açıqlamada, iki lider arasındakı görüşün uğurlu keçdiyi və bir çox məsələdə razılaşdıqları qeyd edilib.
Açıqlamaya görə, ABŞ ilə Çin, 90 gün ərzində bir razılığa gəlmək məqsədilə yeni ticarət danışıqlarına başlayacaqlar və bu müddət ərzində iki ölkə də qarşılıqlı olaraq hər hansı bir yeni gömrük vergisi tətbiq etməyəcək.
Həmçinin açıqlamada, Trampın, 1 Yanvar 2019-da 200 milyard dollar dəyərində Çin məhsul üçün 25%-ə artırılacağı daha əvvəl açıqlanan gömrük vergisi nisbətinin 10%-də qalmasına razılıq verdiyi qeyd olunub.
Açıqlamada, əgər 3 aylıq danışıq prosesinin sonunda bir müqaviləyə bağlanmasa,10%-lik tarifinin 25%-ə yüksəldiləcəyinə qeyd edilib.
Çinin ABŞ-dan dərhal kənd təsərrüfatı məhsulları idxal etməyə başlayacağı qeyd edilən açıqlamada, eləcə də Çinin enerji, sənaye və digər sahələrdə istehsal olunan məhsullardan alaraq iki ölkə arasındakı ticarət kəsiri fərqinin azaldılmasına xidmət edəcəyi bildirilib.
ABŞ Ticarət Nümayəndəsi (USTR) Robert Lighthizer, avqust ayının əvvəlində ABŞ Prezidenti Donald Trampın Çinin cavab qaytardığına görə 200 milyard dollar dəyərindəki Çin məhsullarına tətbiq ediləcək gömrük vergisi nisbətini 10%-dən 25%-ə qaldırılması göstərişi verdiyini açıqlamışdı. ABŞ rəhbərliyi, 1 Yanvar 2019-dan etibarən həmin nisbətin 25%-ə qaldırılacağını bildirmişdi.
Pekin isə 23 Avqustda ABŞ-ın 16 milyard dollar həcmindəki Çin mallarına 25 faiz gömrük tarifi tətbiq etməsi qərarına cavab olaraq 16 milyard dollar məbləğindəki ABŞ mallarına 25 faiz əlavə gömrük vergisi tətbiq etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























