“Rosneft” 3 Çin şirkəti ilə müqavilə imzalayıb
Rusiyanın “Rosneft” neft-qaz şirkəti Çinin “Beijing Gas” şirkəti ilə Rusiyada “Vankorsk UTT” səhmdar cəmiyyətinin bazasında avtomobil qazdoldurma kompressor stansiyaları şəbəkəsinin inşası və istismarı üzrə birgə müəssisənin yaradılmasına dair saziş imzalayıblar.
Rusiya mətbuatının verdiyi xəbərə görə, bununla bağlı saziş bu gün keçirilən Birinci Rusiya-Çin Energetika Biznes Forumu çərçivəsində imzalanıb.
Sazişin şərtlərinə əsasən, “Beijing Gas” şirkəti 45% paya malik olacaq. Sənədə əsasən, tərəflər Rusiyada 170 ədəd avtomobil qazdoldurma kompressor stansiyaları inşa edəcəklər. Həmçinin mayeləşdirilmiş təbii qazın (LNG) motor yanacağı qismində istifadə edilməsi imkanlarını nəzərdən keçirəcəklər.
Sənəd tərəflərə təbii qazın ekoloji yanacaq qismində istifadəsi sayəsində strateji əməkdaşlığı genişləndirməyə imkan verəcək.
Bundan başqa, forum çərçivəsində “Rosneft” və “Hengli Group” şirkəti arasında əməkdaşlıq haqqında saziş də imzalanıb. Bu sənəd tərəflərin Rusiya və Çin ərazisində kəşfiyyat və hasilat, neft emalı və neft-kimya məhsullarının istehsalı sahəsində perspektiv layihələrin potensial əməkdaşlığını, həmçinin neft və neft-kimya məhsullarının ticarətini nəzərdə tutur.
Sənəd “Rosneft”in rəhbəri İqor Seçin və “Hengli Group” şirkətinin prezidenti Çen Tszyanxua tərəfindən imzalanıb.
Bundan başqa, “Rosneft” və Çinin Milli Kimya Korporasiyası (China National Chemical Corporation) neft tədarükü ilə bağlı müqavilə imzalayıblar.
Müqavilə bir il ərzində Kozmino limanından 2,4 mln. ton həcmində BCTO növlü neftin tədarükünü nəzərdə tutur. Müqavilənin imzalanması “Rosneft” üçün strateji olan Çin bazarına neftin birbaşa tədarükünü artırmaq imkanlarını verəcək. Həmçinin neft satışı üçün iqtisadi baxımdan zəmanətli effektiv ixrac kanalını təmin edəcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Rosneft
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























