Hərraca əlavə dollar kütləsi çıxarılır - SƏBƏB
Artıq ikinci dəfədir ki, Mərkəzi Bank hərraca əlavə dollar kütləsi çıxarır.
Dünən keçirilən hərraca Neft Fondunun çıxartdığı 35 milyon dollardan əlavə olaraq 20 milyon dollar da buraxılıb. Səbəb isə bankların dollara olan ehtiyaclarının yüksək olması göstərilir.
Bu kursun stabilliyini qorumaq üçün həyata keçirilir. Hesab olunur ki, əlavə 20 milyonu hərraca Mərkəzi Bank çıxartmır. Çünki bu onun valyuta ehtiyatlarına mənfi təsir edə bilər. Həm də Mərkəzi Bank onsuz da korrekt olan valyuta ehtiyatlarına toxunmamağı hədəfləyib. Əlavə 20 milyonun haradan maliyyələşməsinə gəlincə, bank mənbələri bununla bağlı 2 versiya irəli sürürlər.
Versiyalardan biri budur ki, Mərkəzi Bank ötən hərraclar zamanı çıxarılan və satılmayan 35 milyon dollardan qalan, ehtiyat şəklində saxlanılan vəsaiti indi, lazım olduğu üçün hərraca daxil edir.
İkinci versiya isə bundan ibarətdir ki, Mərkəzi Bank Neft Fondundan edilən 4,2 milyard dollar tranşdan da istifadə edə bilər.
Tarix | Mərkəzi Bank tərəfindən hərracda təqdim olunan məbləğin həcmi | Hərrac məzənnəsi | Dinamika | Satılan valyutanın həcmi ($) | Hərracdan kənar satılan valyutanın həcmi ($) | Mərkəzi Bankın sabahkı günə təyyin etdiyi məzənnə |
02.02.2017 | 35 mln. | 1.9111 | - 0.0089 | 24.17 mln. | - | 1.9111 |
07.02.2017 | 35 mln. | 8251 | - 0.0860 | 12.66 mln. | - | 8252 |
09.02.2017 | 35 mln. | 7301 | - 0.0950 | 6.73 mln. | - | 7301 |
14.02.2017 | 35 mln. | 7296 | - 0.0005 | 35 mln. | - | 7296 |
16.02.2017 | 35 mln. | 7352 | + 0.0055 | 35 mln. | 16 mln. | 1.7352 |
21.02.2017 | 35 mln. | 7447 | + 0.0095 | 35 mln. | 20 mln. | 1.7447 |
Cəmi | 210 mln. | - | - | 148.56 mln. | 36 mln. | - |
© Fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
16 d. əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 28 d. əvvəl
-
34 d. əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 53 d. əvvəl
- 55 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
-
2 saat əvvəl
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Ən çox oxunanlar
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib
Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır



























