Avropada işıq və qaz neçəyədir? - QİYMƏTLƏR
"Marja"nın Avropa Statistika Ofisi (Eurostat) göstəricilərindən topladığı məlumatlara görə, 2018-in ilk yarısında Avropa Birliyi ölkələrində mənzillərdə istifadə edilən hər 100 kubmetr təbii qaza ödənilən orta qiymət 5,91 avro (11 manat) təşkil edib. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda 100 kubmetr təbii qaz əhaliyə 10 manata satılır.
Həmin dövrdə Avropada mənzillərdə 100 kubmetr təbii qazı ən baha istehlak edən ölkə 11,3 avro ilə İsveç olub. Bu ölkənin ardınca 8,98 avro ilə Danimarka, 8,15 avro ilə Hollandiya, 7,59 avro ilə Portuqaliya və 7,14 avrola İtaliya gəlir.
Bu miqdarda təbii qaz üçün AB-nin dominant iqtisadiyyatlarından Almaniyada 6,08 avro, Fransada 6,65 avro, İngiltərədə 4,62 avro və İspaniyada 6,65 avro ödənməsi lazımdır.
Bu dövrdə AB üzvü olan ölkələr arasında ən ucuz təbii qaz istehlakı Rumıniyada olub. Rumıniyada 100 kubmetr təbii qaz üçün əhali orta hesabla 3,21 avro ödəniş edib. Rumıniyanın ardınca 3,58 avro ilə Macarıstan, 3,68 avro ilə Xorvatiya, 3,79 avro ilə Bolqarıstan və 3,85 avro ilə Latviya gəlir
Avropa Birliyində 100 kilovatsaat elektrik enerjisi üçün orta hesabla 20,49 avro (39 manat) ödənir. AB üzvü olan ölkələr arasında ən ucuz elektrik enerjisi Bolqarıstanda satılır. Bolqarıstanda 100 kilovatsaat elektrik enerjisinə 9,79 avro ödənərkən, bu məbləğ Litvada 10,97 avro, Macarıstanda 11,23 avro, Maltada 12,85 avro və Xorvatiyada 13,11 avro təşkil edir.
AB üzvü olan ölkələr arasında ən baha elektrik enerjisi isə Danimarkada istehlak edilir. Danimarkada əhali 100 kilovatsaat elektrik enerjisi üçün 31,26 avro ödəyir. Bu ölkənin ardınca 29,5 avro ilə Almaniya, 27,33 avro ilə Belçika, 23,83 avro ilə İspaniya və 23,69 avro ilə İrlandiya gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





