Tramp: 10% gömrük vergisi iPhone-ları vura bilər
ABŞ Prezidenti Donald Tramp, Çində istehsal olunan mobil telefonlara tətbiq etməyi nəzərdə tutduğu 10 faiz gömrük vergisinin iPhone-ları vuracağını deyib
"Marja" xəbər verir ki, Oktyabr ayından bu yana texnologiya şirkətlərinin səhmlərində sərt satışlar davam edir. Bazar dəyərinin beşdə biri "əriyən" Apple Inc, ABŞ Prezidenti Donald Trampın Çində istehsal edilən iPhone kimi ağıllı telefonlara və kompüterlərə 10 faiz əlavə gömrük vergisi tətbiq etməsi ilə, digər bir problemlə qarşı-qarşıya qala bilər.
Sentyabr ayında bazara çıxarılan yeni iPhone modelləri gözlənildiyi qədər satılmayıb. Bununla əlaqədar olaraq Apple şirkətinin səhmləri ucuzlaşır. Trampın Bazar ertəsi günü "Wall Street Journal"a verdiyi müsahibəsində, Apple məhsullarının Çinə tətbiq ediləcək digər bir tarif dalğasında yer alacağına dair açıqlamaları, şirkət üçün digər bir zərbə yaradır.
ABŞ Prezidenti, mobil telefonlar və kompüterlərə işarə edərək, "Bəlkə, bəlkə. Vergi nisbətinin nə olacağına bağlıdır. Demək istədiyim, 10 faiz edə bilərəm və xalq bunu çox asanlıqla öhdəsindən gələ bilər" şəklində danışıb. Bu açıqlamadan sonra, Apple-ın səhmləri daha da ucuzlaşıb.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
ABŞ, 1 Yanvardan etibarən, 200 milyard dollarlıq Çin məhsuluna tətbiq etdiyi gömrük vergisini 10%-dən 25%-ə qaldırmağa da hazırlaşır. Prezident Tramp, G20 Sammiti çərçivəsində ABŞ-Çin iclasında razılaşma təmin edilməsə 267 milyard dollarlıq əlavə Çin məhsullarına vergi tətbiq edəcəyini bildirib.
iPhone və digər Apple məhsullarının mühüm bir hissəsi Çində istehsal olunur və qlobal olaraq ixracı bu ölkədən aparılır.
Bəzi analitiklər, bu şərhlərin investorları sarsıda biləcəyini hesab edir.
iPhone-ın ABŞ-da satış qiymətləri 449 dollar ilə 1,449 dollar arasında dəyişir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





