Tramp təşəkkür etdi, Səudiyyə hasilatı daha da artırdı
Bütün dünyada Camal Qaşıqçı cinayəti səbəbilə Səudiyyə Ərəbistanına reaksiyalar davam edərkən, ABŞ Prezident Donald Tramp Səudiyyə Ərəbistanına neft qiymətlərinin düşməsinə kömək göstərdiyinə görə təşəkkür etmişdi.
"Marja" xəbər verir ki, təşəkkürdən sonra Səudiyyə Ərəbistanı neft hasilatını daha da artırıb. Səudiyyə Ərəbistanın neft hasilatı gündəlik 11,2 milyon barrelə çıxaraq rekord səviyyəyə yüksəlib. Beləliklə, Səudiyyə Ərəbistanının neft hasilatı 80 il əvvəl ilk neftini çıxarmasından bu yana ən yüksək səviyyəsinə qalxıb.
Bu il 86 dollar səviyyələrini görən Brent neft, Trampın təzyiqlərinin də təsiri ilə 58 dollara qədər geriləmişdi. Brent neft bu gün isə 60 dollar civarındadır.
TƏŞƏKKÜR ETMİŞDİ
Camal Qaşıqçı cinayətinə baxmayaraq Səudiyyə Ərəbistanla əlaqələrini davam etdirəcəyini bildirən ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanına təşəkkür də etmişdi. Tramp "Twitter" ilə etdiyi açıqlamada, "Neft qiymətləri düşür. Bu ecazkardır. Sanki Amerika və dünya üçün böyük bir vergi güzəşti kimidir. Kefini çıxarın. Qiymətlər 82 dollardan 54 dollara düşüb. Səudiyyə Ərəbistanına təşəkkürlər. Qiymətləri daha da aşağı salaq" ifadələrini işlətmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






