Əmanətlərin Sığortalanması Fondu kəskin tənqid edilib - ŞİKAYƏT EDİLƏCƏK
Noyabrın 22-də ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilib.
Bu barədə Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, iclasda Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) fəaliyyəti kəskin tənqid olunub, işinin kreditorların, o cümlədən əmanətçilərin maraqlarına zidd olduğu vurğulanıb.
"ADIF-in qeyri-qənaətbəxş fəaliyyəti barədə ölkə rəhbərliyinə şikayətin göndərilməsi barədə qərar qəbul edilib. Fonda qarşı əsas pretenziyalar qısaca bunlardır:
1) Bankın ləğv prosesini plansız və özbaşına aparması, ləğv planını məhkəməyə qanunla nəzərdə tutulmuş müddətdə təqdim etməməsi, məhkəməyə və kreditorlara hörmətsizlik edilməsi;
2) Təqdim edilən ləğv planında çoxsaylı texniki, hüquqi və iqtisadi səhvlərin (səbəb savadsızlıqdır), habelə açıq-aşkar pozuntuların olması;
3) Bankın daşınmaz əmlakının hərraca çıxarılaraq satılmasının ləngidilməsi (konkret alıcılarla pərdəarxası qanunsuz və korrupsion sövdələşmələrin bağlanmasına şübhə var), həmin əmlakların saxlanılması üçün yersiz xərclərin çəkilməsi;
4) Iri borc alanlara qarşı məhkəmə işlərinin aparılmaması (həmin borc alanlarla gizli və korrupsion sövdələşmələrin mövcudluğuna şübhə var), aparılan məhkəmə işlərinin siyahısının gizlədilməsi, bəzi borcların özbaşına silinməsi;
5) Artıq xərclərə yol verilməsi və həmin xərclər üzrə hesabatın verilməməsi;
6) Azərbaycan Mərkəzi Bankının tələbinin növbədənkənar qaydada ödənilməsinin planlaşdırılması;
7) Ləğv prosesinin əvvəllər bəyan edildiyi kimi 2019-cu deyil, 2021-ci ilin sonunda bitirilməsinin planlaşdırılması (Fond rəhbərliyinin qohum-tanışları üçün iş yerlərinin yaradılmasına şübhə var);
"Şikayətin mətni yaxın vaxtda hazırlanıb, razılaşdırılıb göndəriləcək. Onu da deyim ki, ADIF-in rəhbəri Vüqar Abdullayev iclasa dəvət olunsa da, əvvəlki iclaslardan fərqli olaraq son iclasa gəlmədi. Kreditorlar bunu icraçı direktorun müavininin verdiyi vədlərə əməl etməməsi və buna görə də məsuliyyətdən yayınması kimi qiymətləndirib", - deyə Ə.Həsənov qeyd edib.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© "Renkinq"
Müştərilərin xəbərləri
Bank Respublika və “Bank of China” saziş imzaladı - Müştərilər Çin ilə rahat bank əməliyyatları apara biləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
25 d. əvvəl
Ziya Bünyadov prospektində boya mağazasında yanğın məhdudlaşdırılıb, qərargah yaradılıb
-
36 d. əvvəl
“Azərsun Holdinq”dən “Qarabağnamə” – 2026-cı ilin xüsusi təqvim dəsti
-
1 saat əvvəl
PR mütəxəssislər ilə redaksiyalar və jurnalistlər arasında nə vaxt gərginlik yaranır? - MÜSAHİBƏ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yanvarın 22-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Dell Technologies” Azərbaycanda superkompüter mərkəzi yaradacaq
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PR mütəxəssislər ilə redaksiyalar və jurnalistlər arasında nə vaxt gərginlik yaranır? - MÜSAHİBƏ
Yanvarın 22-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
Donald Tramp Azərbaycan Prezidentinə məktub göndərib
Ən çox oxunanlar
“Dell Technologies” Azərbaycanda superkompüter mərkəzi yaradacaq
Dövlət Neft Fondu və “Brookfield Asset Management” niyyət protokolu imzaladı - 1,4 milyard kapital qoyuluşu
Prezident İlham Əliyev Davosda Çexiyanın Baş naziri ilə görüşüb
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
“Coca-Cola Azərbaycan”nın dəstəyi ilə daha bir kəndə su çəkilib
Bank Respublika və “Bank of China” saziş imzaladı - Müştərilər Çin ilə rahat bank əməliyyatları apara biləcək



















