"ASAN Məktub" AccessBank-ı təltif edib
AccessBank "ASAN Məktub" təşəbbüsündə fəal iştirakına görə təşəkkürnamə ilə təltif olunub.
Təltifetmə mərasimi "ASAN Məktub" layihəsinin 3 yaşına həsr olunan tədbirdə baş tutub.
Təşəbbüsün fəal iştirakçıları müxtəlif sahələri təmsil edən şirkətlər və təşkilatlar olub. Qeyd edək ki, AccessBank təşəkkürnaməyə layiq görülən yeganə bankdır.
AccessBank-ın Korporativ bankçılıq/Marketinq departamentinin direktoru Günay Cəlilova: "Düz 3 ildir ki, "ASAN Məktub" layihəsi kiçik ürəklərə böyük sevinc yaşadır. Xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqların diqqət mərkəzində saxlanılması AccessBank-ın Korporativ Sosial Məsuliyyətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, həm də bizim vətəndaş borcumuzdur. Məhz bu baxımdan biz sevə-sevə "ASAN Məktub" layihəsi ilə tərəfdaşlıq etdik, bizim gələcəyimiz olan balacaların arzularını gerçəkləşdirdik".
Departament rəhbəri əlavə edib ki, ilin sonunadək AccessBank "ASAN Məktub" layihəsi çərçivəsində növbəti dəfə kiçik ürəklərə sərhədsiz sevinc yaşadacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
16 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 2 saat əvvəl
-
-
4 saat əvvəl
İran sabahdan ABŞ-a bağlı İT və texnologiya şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mikayıl Cabbarov “Fiba Holdinq”in nümayəndələri ilə görüşüb, əməkdaşlıq müzakirə edilib
-
7 saat əvvəl
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
-
7 saat əvvəl
Heqset: ABŞ Rusiya və Çinin İran ətrafında nə etdiyini dəqiqliklə bilir
-
7 saat əvvəl
ABŞ-ın müharibə naziri: Bəlkə də İrana qoşun yeritməyə ehtiyac olmayacaq
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Tramp: Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib
Baffetdən xüsusi açıqlamalar: "Qeyts ilə əlaqəni kəsmişəm"
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Aprelin 1-dən qadağan edilir
“Azercell" də Baş icraçı direktor vəzifəsi yaradılıb
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək























