Hesab.az tətbiqini 235 mindən çox istifadəçi yüklədi - CİDDİ ARTIM
(®) Onlayn ödənişlərin genişləndiyi dövrdə Goldenpay şirkəti Hesab.az onlayn ödəmə portalı ilə olduqca geniş istifadəçi kütləsini öz ətrafında cəmləməyə nail olmuşdur. Yaradıldığı gündən etibarən əsas məqsəd istifadəçi yönümlü olması və dövrün texnoloji tələblərinə rahat şəkildə uyğunlaşa bilməsi olmuşdur. Həm veb, həm də mobil versiyada istifadə olunan Hesab.az ən son yeniləmədən sonra daha da rahat və istifadə yönümlü olmuşdur.
370 000 - dən çox qeydiyyatlı istifadəçi öz ödənişlərini Hesab.az vasitəsi ilə həyata keçirir və 2017-ci il ilə müqayisədə yeni istifadəçilərin sayı iki dəfə artmışdır. Bu göstəricilərə əsasən demək olar ki, yeniliklər və funksionallıq istifadəçilərin rəğbətini qazanmışdır.
Hesab.az mobil tətbiqini ümumilikdə 235 000 - dən çox istifadəçi yükləmişdir və gün keçdikcə say etibariylə ciddi artım nəzərə alınır. Baxmayaraq ki, Hesab.az yenilənmiş tətbiqi avqust ayının sonunda istifadəyə verilmişdir. Həm İOS, həm də Android əməliyyat sistemlərində istifadə edilən Hesab.az mobil tətbiqi hər kəsin ən yaxın daşına bilən ödəmə köməkçisinə çevrilmişdir.
Mobil tətbiq xüsusi ilə də yolda, səyahətdə, kompüterin sizinlə olmadığı yerlərdə sizə daha çox yardımçı olacaq. Hər zaman və hər yerdə ödənişlərini həyata keçirmək üçün istifadəçilər mobil tətbiqi App Store və Play Store -dan yükləyə bilərlər. Beləliklə də ödəmələriniz zamanı əlavə vaxt itkisinə ehtiyac olmadan sizə ən yaxın və əlçatan vasitədən, yəni mobil telefonunuzdan istifadə edəcəksiniz.
Bundan əlavə mobil tətbiqin daha bir üstünlüyü sizin təyin etdiyiniz xüsusi təhlükəsizlik kodu vasitəsi ilə hesabınıza kənar şəxslərin daxil ola bilməsini əngəlləyir. Belə ki, bu zaman barmaq izi və üz tanıma funksiyası aktiv olur. Nəticədə hesaba daxil olan siz olmadığınız təqdirdə giriş uğursuz olur. Eyni zamanda siz müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişini həyata keçirə bilərsiniz. 100 - dən çox xidmətə ödəmə və eyni zamanda avtomatik ödəmə seçimi içinizi daha da asanlaşdıracaq. Sürətli ödəniş edərkən bütün məlumatlarınızın tam təhlükəsizliyi də həmçinin təmin olunur.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
13 d. əvvəl
ABŞ–İran arasında gərginliyin azalması fonunda neft qiymətləri 4%-dən çox düşüb
- 48 d. əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızıl daha da ucuzlaşdı - Qiyməti düşməkədə davam edir
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Ən çox oxunanlar
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir










.png)











