Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb
Bakı Nəqliyyat Agentliyi (BNA) yerli və beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan "Hablar konsepsiyası" çərçivəsində daha bir layihəni reallaşdırıb.
BNA-dan verilən məlumata görə, söhbət "Lökbatan" dairəsi ətrafında Nəqliyyat Mübadilə Mərkəzinin yaradılmasından gedir. Mərkəzin yaradılmasında məqsəd, paytaxtın cənub qapısında keyfiyyətli, səmərəli və təhlükəsiz nəqliyyat sistemi modelini formalaşdırmaqdır.
Gün ərzində Qaradağ rayonunun qəsəbələrindən və şəhərin mərkəzindən müntəzəm sərnişindaşıma xidməti göstərən 14 marşrut üzrə 70-80 ədəd orta və iritutumlu avtobusun daxil olduğu Lökbatan Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərin rahatlığı nəzərə alınaraq 5 dayanacaq pavilyonu quraşdırılıb.
"Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzinin yaradılmasını şərtləndirən digər vacib məqam isə dairə yaxınlığından müəyyən intervallarla ölkənin müxtəlif şəhər və rayonlarına ümumilikdə 50-60 ədəd kiçik və iritutumlu avtobusların hərəkət etməsi, həm də taksi fəaliyyəti ilə məşğul olan şəxslərin sərnişindaşıma xidməti göstərməsidir. Bununla yanaşı, "Lökbatan" dairəsi istiqamətində müntəzəm sərnişindaşıma xidməti göstərən müxtəlif növ nəqliyyat vasitələrinin pərakəndə və xaotik hərəkəti sərnişinlərin həyatı üçün ciddi təhlükə yaradırdı. Xüsusi ilə yol kənarında dayanacaq və gözləmə məntəqələrinin olmaması səbəbindən vətəndaşlar avtobusların xidmətindən istifadə etmək üçün yolun müxtəlif hissələrində dayanırdılar. Belə olduğu halda, avtobus və taksilər sərnişinlərin minib-düşməsinə ciddi təhlükə yaratmaqla bərabər, günün pik vaxtlarında tıxaclara və nəqliyyat ləngimələrinə səbəb olurdular.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 19 d. əvvəl
-
-
50 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
























.jpg)



