"Azərbaycan" kinoteatrı, “Ağdaş Quşçuluq” hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə 18 dekabr tarixində hərrac keçiriləcək.
Elan edilən bu hərraca ümumilikdə 78 dövlət əmlakı çıxarılıb. Bunlardan 29-u kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 11-i isə nəqliyyat vasitəsidir. Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 30 kv.m ilə 9 min 297 kv.m arasındadır.
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsindəki bu növ əmlakın ümumi faydalı sahəsi 621.6 kv.m-dir. Dövlət obyektinin torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılması sahibi üçün əlavə imkanlar yaradır. İnvestor bu yeməkxananın fəaliyyətini bərpa edərək və ya başqa sahə üzrə yenidən quraraq yüksək gəlir qazana bilər. Bu kateqoriyadan olan əmlaklara Ucarda tikiş fabriki, Balakəndə otel, Astarada kinoteatr, Buzovnada sağlamlıq mərkəzi kimi müəssislər də aiddir.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Özəlləşdiriləcək qeyri-yaşayış sahələri paytaxtla bərabər, Gəncə, Sabirabad və Samux kimi şəhərlərdə yerləşir. Ümumi faydalı sahəsi 10 kv.m ilə 190 kv.m intervalında olan belə obyektlərin qiymət müxtəlifliyi hər kəs üçün seçim fürsətləri yaradır. Ümumi faydalı sahəsi 93.4 kv.m olan qeyri-yaşayış sahəsi paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşir. Adı çəkilən dövlət əmlakı kiçik xidmət və ofis obyekti kimi istifadəyə uyğundur.
Bakı, İsmayıllı, Saatlı, Yevlax kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətlərinin 30%-45% intervalında olan, dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb. Belə iri müəssisələr arasında “Ağdaş Quşçuluq”, “Goranboy Aqrotexservis”, “Bərdə Tikinti Quraşdırma” və digər səhmdar cəmiyyətləri var.
Avtomobil almaq istəyən vətəndaşlar budəfəki hərracda buraxılış tarixi 1989-2007 illər olan nəqliyyat vasitələri üzrə seçim edə bilər. Qeyd edək ki, bu avtomobillər Daewoo, BMW, KAMAZ və digər markalara aiddir.
Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərraclarda özəlləşən dövlət əmlakları ölkədə yeni biznes müəssisələrinin yaranmasına şərait yaradır. Vətəndaşlara geniş seçim imkanı təklif edən prosesdə tətbiq olunan elektron imkanlar isə şəffaf və rahat mühiti təmin edir. Belə ki, seçim, sifariş və iştirak prosedurlarının sadələşdirilməsi hərraclara olan vətəndaş marağını artırır. Bütün növ dövlət əmlakları üzrə hərracda iştirak etmək istəyən vətəndaşlar komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu mənbələrdə hər bir əmlak haqqında ətraflı məlumat əldə etməklə yanaşı, elektron sifariş vermək də mümkündür. Bundan başqa, sifarişçilər və ziyarətçilər hərracın keçirildiyi məkana getmədən onlayn formada məsafəsiz özəlləşdirmədə iştirak edə bilər.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
6 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
7 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
7 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib























