Energetik içkilər: Həqiqətlər, söyləntilər, iddialar
(®) Azərbaycan bazarına energetik içkilərin ayaq açdığı gündən, onlar haqqında mübahisələr, söz-söhbətlər də yarandı. İlk başlarda o qədər ciddi olmasa da, bu içkilər bazarda öz payını artırdıqca, onlar haqqındakı şayiələr, söz–söhbətlər də artmağa başladı.
Zaman- zaman yazılı və görüntülü mediyaya da ayaq açan bu əks təbliğatın haradansa idarə olunduğunu, anti-reklam kampaniyası şəklində aparıldığı aydın məsələdir. Baş verənlərin arxasındakı "gizli əl” özünü nə qədər gizlətməyə çalışsa da, proseslərin gedişində onu görməmək mümkün deyil.
Normal bazar rəqabəti hər zaman anlaşılandır. Lakin bu şəkildə, qarşı tərəfi qaralamaqla, yalanları həqiqət kimi göstərməklə aparılan rəqabət qəbuledilməzdir. Rəqabətli bazarda eynicinsli məhsulların satışında böyük kapitala malik olan şirkətlərin kiçik firmalara "məğlubiyyətini" həzm etməmələri və alternativ yollarla onları çökdürmək üçün geniş əlaqələrindən istifadə etmələri isə, açıq-aşkar ikrah yaradır.
Rəqiblərin "qara piar" üçün ən çox istifadə etdikləri "Avropada bu içkilər qadağan olunub” tipli qarayaxmalardır. Sadə bir araşdırma ilə aydın olur ki, məsələ heç də belə deyil. Hətta adi turist kimi Avropanın istənilən ölkəsinə səyahət edən adam görə bilər ki, bu içkilər hər yerdə açıq satışdadır və onların ticarətinə heç bir qadağa qoyulmur. Əksinə, bu ölkələrdə qida təhlükəsizliyi ilə bağlı qurumlar enerji içkiləri haqda müsbət rəylər veriblər. Məsələn, 2015-ci ilin yanvarında Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) kofein istehlakını sağlamlıq üçün təhlükəli olmayan dərəcəsi barədə cəmiyyətdən və ekspertlərdən gələn çoxsaylı suallarla bağlı, Avropa Komissiyasının sifarişi ilə apardığı araşdırmanın nəticələrini dərc etmişdir.
Qeyd edək ki, bu araşdırmada Avropanın 22 ölkəsindən 66531 nəfər iştirak etmişdir. Dərc edilən nəticələrdən çox aydın görünür ki, enerji içkilərinin əsas tərkib hissəsi olan kofein insan sağlamlığı üçün heç bir ciddi təhlükə yaratmır.
Digər bir maddə, aparılan "qara piar"larda ən çox ziyanlı olduğu deyilən taurin haqda da, Avropa Qida Təhlükəsizliyi Departamenti 12 fevral 2009-cu ildə insan sağlamlığına təhlükə yaratmaması qənaətində olan alimlərin fikirlərini dərc etmişdir.
Bütün bunlarla belə, içki bazarında illərdir öz liderliyini qoruyan, xarici sərmayələrlə qidalanan, inhisarçılığa meyilli şirkətlər, bazarda önəmli bir pay hissəsinin əldən çıxdığını görüb, sağlam rəqabət yox, "alternativ yollar” axtarırlar. Hələ də qüvvədə olan, 4 mart 1993-cü ildə qəbul edilmiş"Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, rəqabət-bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyətləri bir-birinin bazarda əmtəə dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan malların istehsalını və satışını stimullaşdırır.
Hər yerdən əli üzülən, monopolistliyə meyilli sahibkarlar əlaqələrini işə salaraq, enerji içkilərinin satışına süni əngəllər törətmək, qadağalar qoydurmaq niyyətindədirlər.
Bunlardan biri də, enerji içkilərinə aksiz vergisinin tətbiq olunmasına hər hansı bir yolla nail olmaqdır. Əgər belə bir şey baş verərsə, energetik içkilərin qiymətləri süni şəkildə bahalaşacaq və bu içkilər əsas istehlakçı kütləsi olan gənclər üçün əlçatmaz olacaq. Bu isə qeyd etdiyimiz monopolist şirkətlərin işinə tam yaramış olacaq. Halbuki, adını çəkmək istəmədiyimiz həmin bu şirkətlərin istehsal etdiyi bir çox içkilərin tərkibində kofein maddəsi olmağına baxmayaraq, etiketdə kofein maddəsi haqda heç bir məlumat verilmir və bu yolla illərdir ki, azərbaycanlı istehlakçılar aldadılır.
Digər tərəfdən, energetik içkilərə aksiz vergisinin tətbiqi yüzlərlə adamı işsiz qoya bilər. Nəticədə isə baş verənlər, bu sektordakı yerli sahibkarlığın çökməsinə və mövcud sektorda çalışan milli sahibkarlarımızın biznesinin tamamilə məhvinə gətirib çıxara bilər.
Hər zaman sahibkarların və sahibkarlığın yanında olan cənab Prezidentimiz İlham Əliyev, dəfələrlə ictimaiyyətlə görüşlərində ölkəmizdəki durumun daha da yaxşılaşdırması üçün milli sahibkarlığa geniş imkanlar yaradıldığını, xüsusi ilə idxal və yerli istehsalda inhisarçılığa yol verilməyəcəyini ciddi şəkildə qeyd edir. O cümlədən, möhtərəm Prezident, iqtisadiyyatın və büdcənin neft gəlirlərindən asılılığını azaltmaq, neft gəlirlərinin bütün sahələr üzrə, xüsusən də milli sahibkarlığın inkişafı üzrə bərabər bölüşdürülməsi və infilyasiyanın iqtisadiyyata təzyiqinin azaldılması işlərinə şəxsən nəzarət edir. Bu işlərin layiqincə görülməsi üçün heç bir süni əngəlin yaradılmasına imkan verilməyəcəyi və kimliyindən asılı olmayaraq heç kəsin xüsusi imtiyaz sahibi olmayacağını cənab Prezident bütün çıxışlarında bəyan etmişdir.
Bütün bunlar belə düşünməyə əsas yaradır ki, alkoqolsuz energetik içkilərə aksiz vergisini tətbiq etməklə qiymətinin bahalaşdırılması və nəticə etibarı ilə bu bazarı çökdürərək milli sahibkarlığa zərbə vurulması heç də vəziyyətdən çıxış yolu deyil. Bizim fikrimizcə, bu içkilərin istifadəsi zamanı istehlakçılar tərəfindən digər içkilərdə olduğu kimi, mövcud normalara riayət edilərək istifadə edilməsi daha düzgündür. Bu sahədə, xüsusən də gənclər arasında maarifləndirmə işlərinin aparılması ən məqsədə uyğun yol olaraq görünür.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
13 d. əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
-
15 saat əvvəl
Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
- 15 saat əvvəl
-
16 saat əvvəl
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
-
16 saat əvvəl
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
-
16 saat əvvəl
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Ən çox oxunanlar
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Fevralın 13-də gözlənilən hava şəraiti
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq





















