Nazirlik: Satılmış mənzillərin 60 faizi vergidən kənarda qalıb
“Son illərdə mənzil-tikinti kooperativləri tərəfindən inşa olunmuş yaşayış binalarındakı mənzillərə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələrin alınmasında müəyyən irəliləyiş olsa da, paytaxtda və digər şəhərlərdə mənzillərin böyük bir qisminin mülkiyyət sənədləri hələ də yoxdur”.
Bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında qeyd olunub.
“Kupçası olmayan mənzilin mülkiyyət hüququ isə vətəndaşa deyil, tikinti şirkətlərinə məxsusdur. Vətəndaşlar hüquqi baxımdan əmlaka deyil, sadəcə, tikinti şirkətləri ilə imzaladıqları müqaviləyə malikdirlər. Bütün bunlar isə vətəndaşların problemlərlə üzləşməsi ilə yanaşı, mənzil satışının vergidən kənarda qalmasına da səbəb olur”, - deyə məlumatda vurğulanıb.
ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ AL!
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 milyon 503,6 min kvadratmetr təşkil edib. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, bu, ötən ilin analoji dövrünün göstəricisindən 19% çoxdur.
Vergilər Nazirliyinin məlumatına görə, cari ilin yanvar-sentyabr ayları ərzində notariuslar tərəfindən təqdim olunmuş ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsinə əsasən, mənzil və qeyri-yaşayış sahəsinin alqı-satqısından dövlət büdcəsinə təxminən 28 milyon manat vergi ödənilib: “Bu fakt onu göstərir ki, il ərzində satılmış mənzillərin təxminən 40 faizi vergiyə cəlb olunur, 60 faizi isə vergidən kənarda qalır”.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
4 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
8 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)







