Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“İrana qarşı yeni sanksiyalar neft qıtlığına səbəb olmayacaq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İrana qarşı yeni sanksiyalar neft qıtlığına səbəb olmayacaq”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"ABŞ-ın İrana qarşı yeni sanksiyaları dünya bazarında neft qıtlığına səbəb olmayacaq. Baxmayaraq ki, bu sanksiyaların fonunda səkkiz ölkənin İran neftini almaq hüququ var".

 

TASS-ın verdiyi məlumata görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak “Rusiya 24” televiziya kanalına müsahibəsində bildirib.

 

“Hələ bir müddət əvvəl biz deyirdik ki, İrana qarşı sanksiyalar tətbiq edilərsə, bazarda təklif qıtlığı yaranacaq və sual verirdik ki, bu qıtlığı hansı ölkələr ödəyə biləcək. İndi isə ən azından yaxın bir ay üçün artıq belə bir vəziyyət yoxdur. Bütün bunlar bazar  tərəfindən nəzərə alınır”, - deyə o bildirib.

 

A.Novak xatırladıb ki, İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ərəfəsində bir neçə variant müzakirə edilib: “İranla bağlı bir çox qeyri-müəyyənliklər vardı, ən sərt sanksiyalardan ən yumşaqlarına kimi müxtəlif variantlar təklif edilib. Kiyafət qədər orta variant qəbul edilib və səkkiz ölkəyə 180 gün ərzində İran neftini almaq imkanı yaradılıb. Bizim fikrimizcə, bu, həqiqətən də, bazardakı vəziyyəti dəyişdirib”, - deyə nazir əlavə edib. 

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

© Report

12.11.2018 13:45
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18