AZSIĞORTA şirkəti iri həcmli sığorta ödənişi edib
AZSIĞORTA şirkəti “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.
Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, ölkədə fəaliyyət göstərən dərman anbarlarının birində baş verən subasma nəticəsində, həmin anbarın təqribən 2 500 kv. m. sahəsinə külli miqdarda ziyan dəymişdir. AZSIĞORTA şirkəti əmlaka dəymiş ziyanı tam qarşılayaraq, 300 000 manat dəyərində sığorta ödənişi etmişdir.
Qeyd edək ki, ötən ilin noyabr ayında da AZSIĞORTA şirkəti iri ödənişi etmişdir – quşyetişdirmə sexlərinin birində baş verən yanğın nəticəsində əmlaka dəymiş zərərə görə 200 000 manat sığorta ödənişi verilmişdir.
AZSIĞORTA ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
-
10 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda daha bir aqropark yaradılıb
Ən çox oxunanlar
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir






.jpg)
.jpg)




.jpg)







