Topdan və pərakəndə satışda yeni nəsil kassa aparatları quraşdırılacaq
Aksizli və məcburi nişanlanmalı malların idxalı, ölkədaxili istehsalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin həyata keçirilməsi məqsədilə Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat (Təqib və İzləmə) sisteminin yaradılması nəzərdə tutulur.
Məlumat 2019-cu ilin dövlət büdcə zərfində öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, bundan başqa, malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatının təkmilləşdirilməsi üçün vergi orqanlarının elektron informasiya sisteminə inteqrasiya edilməyə imkan verən yeni nəsil nəzarət kassa-aparatlarının quraşdırılması planlaşdırılır.
Qarşıdakı illərdə büdcə-vergi siyasətində aksizli malların siyahısının genişlənməsi, aksizli malların satış qiymətində aksiz dərəcələrinin xüsusi çəkisinin artırılması, eyni zamanda ölkədə istehsalın artırılması təşviq olunan aksizli mallar üzrə ödənilən aksiz məbləğinin müəyyən hissəsinin dövlət tərəfindən geri qaytarılması prinsiplərinin tətbiqi də nəzərdə tutulub.
Qeyd edək ki, Vergilər Nazirliyinin rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi sahəsində hədəflərindən biri onlayn kassa aparatlarının tətbiqidir. Hazırda nəzarət-kassa aparatlarından nazirliyin sisteminə ötürülən məlumatlar oflayn rejimdə həyata keçirilir. Bu sahədə şəffaflığın təmin olunması üçün yaxın gələcəkdə onlayn kassa aparatlarının tətbiqi planlaşdırılır. Nazirliyin informasiya sistemi ilə onlayn kassa aparatı arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçiriləcək ki, bu da sistemdə vergi ödəyicilərinin əməliyyat məlumatlarının daha dürüst olmasına və satış mühasibatlığında şəffaflığın təmin olunmasına şərait yaradacaq. Bundan əlavə, kassa aparatları üzrə texniki tələblərə yenidən baxılması planlaşdırılır və bu sahədə dünya təcrübəsi araşdırılır.
Xaıtrladaq ki, onlayn kassa avadanlığı fiskal operator vasitəsilə mağazaların nağd, kartlarla və elektron pullarla edilən bütün satış dövriyyəsi haqqında məlumat ötürə bilir. Məlumatlar vergi orqanlarına qəbzlərin elektron surəti kimi daxil olur və bazada illərlə qorunub saxlanıla bilir.
Onlayn kassalardan mal və xidmətlər dövriyyəsində şəffaflığı əldə etmək üçün istifadə olunur. Alıcı aldığı elektron qəbzlərin leqallığını istədiyi vaxt yoxlaya bilir. Sistem, həmçinin, vergi uçotunu və gəlirlərin daxilolmasını mobil tətbiq vasitəsilə xeyli asanlaşdırır. Elektron qəbzlər elektron ünvana və ya satıcıdan tələb olunan istinada yönləndirilir.
Avadanlıqların alınmasına və onlara xidmətlərin göstərilməsinə çəkilən xərclər kimi aşkar narahatlıqlardan əlavə, onlayn kassaların müsbət cəhətləri də var. Onlayn kassalar analitik alətlərin satışlarını təchiz etməklə kiçik sahibkarları məcburi rəqəmsal dövrə aparır.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 21 d. əvvəl
-
1 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
1 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
1 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
1 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Ən çox oxunanlar
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir







.jpg)





.jpg)




