Mənzili 850 manatdan, 20 illik ipoteka ilə satacaq
Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin mərkəzində (ATS-in yaxınlığı) “Teras Park” adlı yeni iri yaşayış kompleksinin tikintisinə başlanılıb.
“Teras Park”da yaxın günlərdə yaşayış kompleksindəki mənzillərin satışına başlanılacaq. “Marja” xəbər verir ki, kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti 850 manatdan başlayır. Bu qiymət Bakıxanov qəsəbəsində yeni layihələr arasında ən aşağı qiymətdir. Belə ki, Baxıxanov qəsəbəsində yaşayış kompleksləri tikən “Bakıxanov Rezidens Komplekslər Qrupu”nda qiymətlər 850 manatdan yüksəkdir. Məsələn, qrupun yeni “Brilliance Rezidens” yaşayış kompleksində mənzil nağd alındıqda 1 kv.m 1200 manatdan hesablanır.
Bunu da qeyd edək ki, “Teras Park” yaşayış kompleksində mənzillərin 20 illik ipoteka ilə satılacağı elan edilib. Azərbaycan Beynəlxalq Bankının 20 illik ipotekanı dayandırdığı bir vaxtda, bu kompleksdə mənzillərin hansı bank vasitəsilə 20 illik ipoteka ilə satılacağı maraq doğurur. Şirkətin telefonlarına cavab verilmədiyindən bu barədə məlumat ala bilmədik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)






.jpg)







