Neft ABŞ-dan gələn xəbər ilə ucuzlaşır
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 6,5 milyon barel (1,6 faiz) artımla 416,4 milyon barelə qalxdığını açıqlayıb. Bazar gözləntisi ehtiyatların 1,6 milyon barrel artacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 6 milyon barrel artmışdı.
"Marja" xəbər verir ki, kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə 1,1 milyon barrel (0,2 faiz) azalaraq 657,6 milyon barrelə enib.
ABŞ-ın benzin ehtiyatları da keçən həftə 2 milyon barrel (0,9 faiz) azalma ilə 234,2 milyon barelə düşüb. Benzin ehtiyatlarına dair bazar gözləntisi 1,1 milyon barrel azalma olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1 milyon barrel artmışdı.
ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 218 min barel artımla 7,6 milyon barelə qalxıb, ixracı isə gündəlik orta hesabla 794 min barrel azalma ilə 1,78 milyon barrelə enib.
XAM NEFT HASİLATI 40 HƏFTƏNİN 7-SİNDƏ AZALIB
Ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 287 min barrel azalaraq 10,9 milyon barrel səviyyəsində reallaşıb. Bu dövrdə gündəlik orta hesabla xam neft hasilatı ölkənin Alyaska ştatında 13 min barrel artıb, digər əyalətlərdə isə 300 min barel azalıb. Beləliklə, ABŞ-ın xam neft hasilatı son 40 həftədə 7 dəfə azalma göstərmişdir.
EIA-nın "Oktyabr 2018" hesabatında, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 10,7 milyon barrel, gələn il isə 11,8 milyon barrel olacağı ehtimal edilir.
NEFT UCUZLAŞIR - 80 DOLLARDAN AŞAĞI DÜŞDÜ
ABŞ-ın satış məqsədli xam neft ehtiyatlarındakı artımın ardından qlobal bazarda xam neftin qiymətləri aşağı düşüb.
Brent növü xam neftin barrel qiyməti 79,22 dollara qədər, ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftin barrel qiyməti də 69,44 dollaradək geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





