ATA: Hotellər Assosiasiyasının yaradılması təşəbbüsünü dəstəkləyirik
Dövlət Turizm Agentliyi tərəfindən turizm sahəsində bir sıra assosiasiyaların, o cümlədən Hotellər Assosiasiyasının yaradılacağı haqqında məlumat paylaşılıb.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin sözlərinə görə, "Agentlik sağlam rəqabət mühitinin yaradılmasına kömək edəcəkdir: Bu, bütün strukturların qarşılıqlı faydalı əlaqəsinin effektivliyini artıracaq, optimal qiymətlərin formalaşmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə kömək edəcək. İctimai təşəbbüsləri dəstəkləyirik və hesab edirik ki, ictimai nəzarət və birgə fəaliyyət bazar üçün çox önəmlidir.
Hotellər Assosiasiyasının yaradılması təşəbbüsünü də dəstəkləyirik. Bu assosiasiyanın qeyd olunan sahədə dünya standartlarını, o cümlədən “ulduz” dərəcəsini müəyyənləşdirən Avropa hotellər, kafe və restoranlar assosiasiyasına üzv olması nəzərdə tutulur. Bu baxımdan Azərbaycan Bələdçilər Assosiasiyasının fəaliyyəti də xüsusilə rola malikdir. Biz bələdçilərə təlimlərin keçirilməsi və onların sertifikatlaşdırılması işində köməklik göstərəcəyik. Kadr çatışmazlığı, eyni zamanda, bəzən turistlərə Azərbaycan haqqında qeyri-peşəkar, təsdiqlənməmiş və ya səhv məlumatlar verilməsi kimi amillər bu məsələnin vacibliyini daha da artırır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 d. əvvəl
Azərbaycan ilə Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib
- 40 d. əvvəl
-
-
47 d. əvvəl
Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
-
54 d. əvvəl
“Azərbaycan Biznesinin İnkişafı Fondu”nun Müşahidə Şurasının tərkibi təsdiq olundu
-
1 saat əvvəl
Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
-
1 saat əvvəl
Azərbaycanın tədiyyə blansının saldosunda 1 milyard 125 milyon dollarlıq kəsir
-
1 saat əvvəl
Daha 18 şəxsə “Startap” şəhadətnaməsi verildi - 3 İL VERGİLƏRDƏN AZADDIRLAR
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
DTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan ilə Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib
Sahil Babayev iclas keçirdi
Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
Qızılın qiyməti tarixi maksimum səviyyəyə yaxınlaşıb
Ən çox oxunanlar
Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb
“ABB-Qarabağ” kobrend kartı buraxılır!
Yeni il ərəfəsində VTB Azərbaycan ilin sonuna qədər nağd kreditlər üzrə faiz dərəcələrini endirdi!



























