Kanada şirkəti Azərbaycandakı törəməsinə yeni menecer təyin edib
Kanadanın “Zenith Energy” şirkəti Azərbaycandakı törəməsi “Zenith Aran” şirkətinə əsaslı təmir və qazma əməliyyatları üzrə yeni menecer təyin edib.
Bu barədə şirkətin yaydığı məlumata istinadən xəbər verir. Quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının işlənməsini həyata keçirən şirkətin əsaslı təmir və qazma əməliyyatları üzrə yeni meneceri Yon Tika bu gündən səlahiyyətlərinin icrasına başlayıb.
Bildirilib ki, yeni menecerin qazma və təmir əməliyyatları üzrə 28 ildən çox beynəlxalq təcrübəsi var. O, “Zenith Energy”yə “Arawak Energy” qrup şirkətindən qoşulub və bu şirkətin nümayəndəsi kimi Azərbaycan və Qazaxıstanda 10 ildən çox çalışıb.
Qeyd edək ki, "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.
“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)



