ABŞ-ın xam neft ehtiyatları artıb - QİYMƏTLƏR DÜŞDÜ
ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatları keçən həftə 6 milyon barel artıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının keçən həftə 6 milyon barel (1,5%) artımla 410 milyon barelə yüksəldiyini açıqlayıb. Bazar proqnozu, ehtiyatların 2,6 milyon batel artacağı istiqamətində idi. Xam neft ehtiyatları bir əvvəlki həftə də 8 milyon barel artmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları keçən həftə 1,3 milyon barel (0,2%) azalaraq 658,7 milyon barelə geriləyib.
ABŞ-ın benzin ehtiyatları keçən həftə 1 milyon barel (0,4%) artımla 236,2 milyon barelə qalxıb.
ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki gələn həftə ilə müqayisədə gündəlik ortalama 568 min barel azalaraq 7,4 milyon barelə geriləyib. ABŞ-ın ixracatı isə gündəlik ortalama 853 min barel artımla 2,58 milyon barelə yüksəlib.
Xam neft istehsalı son 39 həftədə 33 dəfə artıb
Ölkənin xam neft istehsalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 104 min barel artımla 11,2 milyon barel səviyyəsinə yüksəlib və yeni bir rekord qırıb. ABŞ-ın xam neft istehsalı son 39 həftədə 33 dəfə artmışdır.
EIA-nın "Oktyabr 2018" hesabatında, ölkənin gündəlik ortalama xam neft istehsalının bu il 10,7 milyon barel, gələn il isə 11,8 milyon barel olacağı təxmin edilir.
ABŞ-ın neft ehtiyatları və neft istehsalındakı artımın ardından qlobal bazarda xam neft qiymətləri aşağı düşüb. Brent növü xam neftin qiyməti 79,90 dollara, Qərb Teksas (WTI) növü xam neftin qiyməti də 71,14 dolları görüb. Bu gün səhər neft qiymətləri cüzi yüksəlib. Bakı vaxtı ilə saat 08:00-da Bremt nefti 80,73 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






