“ODAD” markasından yeni məhsul - ƏLA NÖV UN
(®) “Delta Qrup C.O.” MMC fəaliyyət göstərdiyi müddət ərzində istər distribusiya, istərsə də yerli istehsalat sahəsində təqdim etdiyi yeniliklərlə alıcılara daim xidmət göstərir.
Şirkət illərdir ölkə bazarında un istehsalçıları üzrə liderlərdən biri olaraq qalır. Son günlərdə “Delta Qrup C.O.” MMC “ODAD” markasına məxsus əla növ un istehsalına başlamışdır.
Məlum olduğu kimi unun keyfiyyəti ilk öncə istifadə olunan buğdanın keyfiyyətindən asılıdır. Müəssisəmizin daxilində taxıl məhsullarının tədarükü və saxlanması üçün hər birinin tutumu 4 min ton olan 6 anbar mövcuddur. Anbarda quraşdırılmış təmizləmə və qurutma sistemləri tədarük olunacaq taxıl məhsullarının itkisiz və uzun müddət ərzində saxlanmasına imkan verir. Kompleksin tərkibində taxıl anbarının olması xammal bazasının yaradılması baxımından əhəmiyyətli rola malikdir. Gündəlik istehsal gücü 250 ton olan dəyirman kompleksimizdə ən son texnologiya sayılan quru təmizləmə sisteminin tətbiqi digər ənənəvi dəyirmanlardan fərqli olaraq daha geniş həcmdə əla, birinci və ikinci növ keyfiyyətli un istehsalına tam şərait yaradır.
Bununla yanaşı unlarımızın istehsal prosesinin hər mərhələsi işinin peşəkarları tərəfindən ciddi şəkildə nəzarət olunur. ODAD unları yüksək keyfiyyətli buğdadan hazırlanaraq keyfiyyət nəzarət laboratoriyasında sınaqdan keçirildikdən sonra ən son texnologiyalar sayəsində əldəymədən avtomatik şəkildə qablaşdırılaraq satışa çıxarılır. Məhsulumuz 1 kq və 2 kq keyfiyyətli qablaşdırılmalarda müştərilərə təqdim olunmaqdadır.
Gigiyenik şərtlərə uyğun istehsal edilən ODAD unları xanımlarımızın ləziz şirniyyatlarının hazırlanmasında bir nömrəli seçimi olacaq.
Yüksək keyfiyyəti ilə qabaqcıl Avropa markaları ilə müqayisə olunacaq məhsul alıcılarımızın düşünmədən seçim edəcəyi marka olmağı hədəfləyib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
36 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























