35 tələbə SOCAR AQŞ-də təcrübəsi keçmək hüququ qazanıb
SOCAR AQŞ-də tələbələrin 2018-ci il Yay Istehsalat Təcrübəsi Proqramı uğurla başa çatıb
SOCAR AQŞ-nin Yay İstehsalat Təcrübəsi Proqramı çərçivəsində cari ilin iyul-avqust aylarında müəssisənin struktur bölmələrində istehsalat təcrübəsi keçən tələbələrin yay təcrübəsi uğurla başa çatmışdır.
Qeyd edək ki, bu il daxil olan 1500 müraciətə əsasən ilkin seçim mərhələsini, həmçinin test və müsahibə mərhələlərini uğurla keçən 35 tələbə SOCAR AQŞ-də iki aylıq istehsalat təcrübəsi keçmək hüququ qazanıb.
Tələbələr yay istehsalat təcrübəsi zamanı müəssisədə gedən iş prosesi ilə yaxından tanış olaraq stasionar özüllərdə istismarda olan yeni nəsil qazma qurğuları, onlara nəzarət və idarəetmə sistemlərini, texnoloji prosesləri öyrənmişlər.
Yay istehsalat təcrübəsi proqramının yekun təqdimat mərasimində iştirak edən müəssisənin Baş direktoru Ramin İsayev təcrübə proqramının əhəmiyyətindən danışıb: ‘’SOCAR AQŞ ixtisasını sevən, təşəbbüskar, yaradıcı və yüksək ixtisas biliklərinə sahib gənclər üçün müəssisənin müxtəlif struktur bölmələrində təcrübə keçmək imkanı yaradır. Hər il yerli universitetlərlə yanaşı Avropa və Asiyadan onlarla ali təhsil müəssisələri öz tələbələrinin SOCAR AQŞ-də istehsalat təcrübəsi keçməsi üçün yeni əməkdaşlıq təklifləri ilə çıxış edirlər. Bu günlərdə müəssisə 2018-2019-cu il müddəti üçün Davamlı Təhsil və Təlim Beynəlxalq Assosiyasiyası (IACET PNG) tərəfindən “İlin Ən Nümunəvi Təlim Şirkəti” mükafatına layiq görülmüşdür. Qlobal səviyyədə təqdir olunmağımız İstehsalat Təcrübəsi Proqramının beynəlxalq standartlara söykənərək mükəmməl təşkilinin bariz nümunəsidir’’.
Təqdimat mərasimində tələbələr arasında SOCAR AQŞ-də biznes proseslərinin və xərclərin optimallaşdırılması məqsədi ilə müsabiqə keçirilmişdir. Müsabiqənin mükafat fondu ümumilikdə 2350 azn təşkil edib.
Müəssisədə istehsalat təcrübəsi keçmiş tələbələr 7 komandada birləşərək qrup təklifləri ilə münsiflər heyəti qarşısında çıxış ediblər.
Qalib komandalar mükafatlara layiq görülüblər.
Tədbirin sonunda müəssisədə istehsalat təcrübəsini uğurla başa vuran tələbələrə Baş direktor tərəfindən müvafiq sertifikatlar təqdim edildi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
21 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















