"Türklər rusdilli azərbaycanlılara görə işsiz qalırlar"
Azərbaycan, Gürcüstan, Özbəkistan və digər bu kimi ölkələrdən bir aylıq turist vizası ilə Antalya, Alanya kimi turizm zonalarına gələn şəxslər bölgənin qanayan yarasına çevrilib. İstirahət adı ilə gələn bu şəxslər bölgədə aylarla qalır, qeyri-qanuni çalışmağa başlayırlar.
Bunu Türkiyə KİV-nə açıqlamasında Alanya Sənətkarlar Birliyinin (ALESO) sədri Nuri Dəmir bildirib.
Onun sözlərinə görə, rus dilini bildiklərinə görə turizm obyektlərində bələdçi kimi fəaliyyət göstərən bu şəxslər məşğulluğa zərbə vurmaqla yerli əhalinin çörəyinə bais olurlar.
“Bu şəxslər mövsümün əvvəlində bir aylıq turist vizası ilə Türkiyəyə istirahətə gəlir, amma burada 5-6 ay qalırlar. Müxtəlif turizm obyektlərində iş taparaq işləyir, öz ölkələrinə çoxlu valyuta ilə dönürlər. Viza vaxtından artıq qalmağa görə də az miqdarda cərimə ilə canlarını qurtarırlar. Həm ölkəmizdən çoxlu pul aparırlar, həm də məşğulluğa zərər vururlar. Onlar burada ucuz və sığortasız işlədiklərinə görə, öz vətəndaşlarımız iş tapa bilmir”, - deyə N. Dəmir bildirib.
O, həçinin qeyd edib ki, dövlət bu problemlə mübarizə aparmalıdır: “Biz hüquq-mühafizə orqanları ilə birlikdə bunların bir qismini aşkar edirik, amma gələnlərin ardı-arası kəsilmir. Məsələn, polisə məlumat veririk ki, filan ərazidə azərbaycanlı işçi var, amma onun qarşısını almaqla məsələ bitmir. Rusca bildiklərinə, turistləri rahatlıqla ələ aldıqlarına görə şirkətlər onlara etibar edərək işə götürürlər. Onların ucbatından işini dürüst şəkildə görən vətəndaşlarımız işsiz qalır. Dövlət bu problemlə mübarizə aparmalı, belə şəxslərə qarşı qanunlar qəbul etməlidir”.
Türkiyədə 3-4 nəfərin qazanacağı pulu ölkədə qeyri-qanuni işləyən bir əcnəbinin qazandığını deyən N. Dəmir həmçinin qeyd edib ki, 2019-cu il yay mövsümündə belə halların qarşısını almaq üçün daha ciddi çalışacaqlar.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Virtual
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















