Avtomobil markalarının dəyərləri açıqlandı - SİYAHI
Dünyanın ən nüfuzlu müstəqil araşdırma mərkəzlərindən biri olan "İnterbrand"ın hazırladığı "Ən Dəyərli 100 Qlobal Marka" reytinqinə görə, "Hyundai", marka dəyərini keçən illə müqayisədə 3% artırıb. "Hyundai" markası, Ferrari, Land Rover, Porsche, Audi, Volkswagen, Nissan və KIA kimi markalarını geridə qoyaraq dünyanın ən dəyərli 36-cı markası olub.
"Marja" xəbər verir ki, 2018-ci ildə "Hyundai" markasının dəyəri 13 milyard 535 milyon dollara çatıb. 10 il əvvəl, 2008-ci ildə, Hyundai markasının dəyəri 5 milyard dollardan aşağı (4 milyard 846 milyon dollar) idi.
Artıq "Hyundai", 4 ildir ki, ardıcıl olaraq dünyanin ən dəyərli 40 markası sırasında yer alır. Həmçinin "Hyundai", avtomobil markaları sırasında 14 il ərzində Top10-luğa daxil olur.
"Interbrand"ın araşdırma nəticələrinə görə, "Hyundai" müştəriləri, münasib qiymət, yüksək rahatlıq, yüksək keyfiyyət və praktik istifadə xüsusiyyətləri ilə birlikdə brendlə aralarında yaranan emosional əlaqəyə də əhəmiyyət verirlər.
"Interbrand" haqqında
1974-cü ilə qurulan "İnterbrand", dünyanın ən böyük marka məsləhət agentliklərindən biridir. Şirkətin 27 ölkədə təxminən 40 ofisi var. "interbrand", hər il dərc etdirdiyi "Ən Yaxşı Qlobal Brendlər" hesabatı ilə tanınır. "İnterbrand”, bir şirkətin aktivlərini, gəlirliliyini, şirkətlərin markalı məhsul və xidmətlərini, istehlakçıların satınalma qərarına brendin təsirini və rəqabət qabiliyyətini nəzərə alaraq dəyərini hesablayır.
“Hyundai” haqqında
"Hyundai Motor Company", hazırda avtomobil istehsalı, mühəndislik, inşaat, gəmiqayırma, polad, neft-kimya, maşınqayırma, aviasiya, elektronika və maliyyə kimi bir çox sektorda fəaliyyət göstərən "Hyundai" Şirkətlər Qrupunun ən böyük və ən mühüm qollarından biridir. 1967-ci ildə qurulan "Hyundai Motor Company" bu gün avtomobil istehsalında Koreyanın mübahisəsiz lideri, dünyanın isə aparıcı avtomobil istehsalçılarından biridir.
Ən dəyərli 16 avtomobil markası
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























