İranın Bakıdakı bankı qazancını açıqladı
"Bank Melli İran" Bakı filialı 2018-ci ilin 9 ayını 1 milyon 800 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, filial ötən ilin eyni dövründə 1 milyon 336 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə, Bankın xalis mənfəəti 35% artıb.
“Marja” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 2 milyon 164 min manat, haqq və komissiya gəlirləri gəlirləri 221 min 215 manat, xarici valyuta əməliyyatları üzrə gəlirlər isə 275 min manat təşkil edib.
2017-ci ilin 9 ayı ərzində Bankın faiz gəlirləri 2 milyon 263 min manat, haqq və komissiya gəlirləri 150 min 552 manat, xarici valyuta əməliyyatları üzrə gəlirlər isə 142 min manat təşkil etmişdi.
Cari ilin 9 ayında ehtimal olunan kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatın 319 min 106 manatı azad olub. Ötən ilin eyni dövründə bu məbləğ 42 min 791 manat təşkil etmişdi.
Bütün xərclər çıxıldıqdan sonra Bankın 1 milyon 800 min manat xalis mənfəəti qalıb. Filialın xalis mənfəətindəki artım, xarici valyuta əməliyyatları üzrə, haqq və komissiya gəlirlərinin artması, xərclərin azaldılması, eyni zamanda azad olunmuş ehtiyatın gəlirə əlavə edilməsindən qaynaqlanır.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
Bankın müştərilərə verdiyi kreditlər ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% artaraq 30 Sentyabr 2018-ci il tarixində 3 milyon 497 min manata çatıb. 30 Sentyabr 2017-ci il tarixində Bankın müştərilərə verdiyi cəmi kreditlər 3 milyon 355 min manat təşkil etmişdi.
Müqayisə olunan dövrdə Bankın qiymətli kağızlara investisiyaları 18 milyon 204 min manatdan 22 milyon 581 min manata qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















